Qatil ata: "Qızımı iplə boğaraq öldürdüm, cəsədini sevgilisinin evinin önünə atdım"
Bizi izləyin

Qırmızı.az

Qatil ata: "Qızımı iplə boğaraq öldürdüm, cəsədini sevgilisinin evinin önünə atdım"

Yol kənarında 19 yaşlı qızın cəsədi tapılıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində Şanlıurfanın Yenicə Məhəlləsində meyiti tapılan Zahidə Akgülün boğularaq ölüdürüldüyü müəyyənləşib.

Əldə olunmuş məlumatlara görə, mərhum 18 yaşında Aydın adlı şəxslə ailə həyatı qurub. Lakin Zahidə əri tərəfindən daim döyüldüyü, işgəncələrə məruz qaldığı üçün şikayət ərizəsi ilə polisə müraciət edib. Bundan sonra onu sığınma evinə yerləşdiriblər. Bir qədər sonra isə qadın Şanlıurfadakı ailəsinin yanına köçüb.

Zahidə Akgülün cəsədi tapıldıqdan sonra polis meyiti qızın atası Mustafa Çakır və yaxınlarına təhvil verib. Beləliklə, qadın Harranın Koyunluca məhəlləsindəki qəbiristanlıqda dəfn edildi. Lakin hələ də 19 yaşlı Zahidənin kim və ya kimlər tərəfindən hansı səbəbdən qətlə yetirilməsi məlum deyildi. Buna görə də Şanlıurfa Polis İdarəsi baş vermiş hadisəni araşdırması üçün xüsusi qurp yaratdı. Cinayət hadisəsindən bir qədər sonra polis qadının yaxınlarının ifadəsini alıb. Məlum olub ki, Zahidənin yaxınlarının ifadələri bir-birilə uyğunluq təşkil etmir. Yəni kifayət qədər şübhəli məqamların olduğu ortaya çıxıb. Bu səbəbdən də polis əməkdaşları onun atası Mustafa Çakırı və ailəsini izləməyə başlayıb.

Polislər ilk ifadəsində qızını 1 ildir ki görmədiyini deyən Mustafa Çakırın avtomobilini yoxlayıblar. Onun maşınında olayda istifadə etdiyi təxmin olunan ip və fərqli barmaq izləri tapılıb. Bundan sonra öldürülən qadının atası Mustafa Çakır, anası Hacer Çakır ilə qohumları M.D. və H.G.nəzarətə alındı. Polisin sorğu-sual etdiyi ata cinayəti etiraf edib. O, qızını adət-ənənəyə uyğun hərəkət etmədiyi üçün öldürdüyünü bildirib.

Qızının ərindən ayrıldıqdan sonra A.G. adlı kişi ilə yaxınlıq etdiyini qeyd edən Mustafa Çakır «Qızım işgəncələrə dözmədiyi üçün ərini tərk etdi. Daha sonra başqa biri ilə görüşməyə başladı. Qızımın belə bir həyat yaşamasını istəmirdim. Onu iplə boğaraq öldürdüm. Sonra cəsədini sevgilisi A.G.-nin evinin önünə atdım. Polis sevgilisindən şübhələnsin deyə qızımın cəsədini evinin önünə atdıqdan sonra öz evimə qayıtdım» deyə ifadə verib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm