Bufeti "kirayəyə verilən" məktəbin direktoru danışdı
Bizi izləyin

Qırmızı.az

Bufeti "kirayəyə verilən" məktəbin direktoru danışdı

Bakı şəhəri, Nizami rayonunda yerləşən 10 saylı orta məktəbdə qeyri-adi hadisə baş verib. Yayılan məlumatda bildirilir ki, məktəbin bufeti 50 manata kirayəyə verilib.

Məktəbin direktoru Leyla Məmmədova Publika.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

“Bizim məktəbin bufetində heç kim yaşamır. Yayılan məlumatlar doğru deyil. Kim istəsə, gəlib, baxa bilər bufetdə heç kim yaşamır”.

Direktor bu məlumatı kimlərin yaya bilməsinə də aydınlıq gətirdi:

“Bu məlumatın valideynlər tərəfindən yayılmasına inanmıram. Çünki orada kimsənin qalmadığını şagirdlər də, valideynlər də bilir. Bu, valideynin işi deyil. Bu şayiəni müəllimlər yaya bilərlər. Bu cür xəbərlər yaymaqla məni əsəbiləşdirməyə çalışırlar. Məktəbimizdə Ruhəngiz, Hökümə adlı müəllimələr Təhsil Nazirliyinə dərs saatlarının kəsilməsi ilə bağlı şikayət ediblər. Dəqiq bilmirəm, ehtimal edirəm ki, bu məlumatı onlar yayıblar. Bu barədə Təhsil İdarəsindən mənə zəng etmişdilər, onlara da məktəbdə heç kimin qalmadığını dedim”.

Nazirliyə şikayətdən sonra orada qalan şəxslərin köçürülməsinə gəldikdə isə direktor bunu inkar edib:

“Burada nə kimsə qalmayıb, nə də əşyalar yoxdur. Burada qidalar var və heç kim də qala bilməz”.

Xatırladaq ki, bu barədə virtualaz.org saytında məlumat yayılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm