Şad xəbər: Ziya Bünyadov prospekti tam açıldı
Bizi izləyin

Qırmızı.az

Şad xəbər: Ziya Bünyadov prospekti tam açıldı

Ziya Bünyadov prospektinin əsas yolu bütünlüklə sürücülərin istifadəsinə verilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Publika.az-a bildirib ki, bu gün 16:40-dan Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsi açılıb.

Bununla da Ziya Bünyadov prospektinin hər iki istiqamətə əsas yolu açılıb. Hazırda köməkçi yollarda son tamamlanma işləri aparılır.

Yaxın günlərdə onlar da istifadəyə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm