Ehtiyatlı olun: “Facebook”da növbəti virus dalğası
Bizi izləyin

Qırmızı.az

Ehtiyatlı olun: “Facebook”da növbəti virus dalğası

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan “facebook”da problem yaranıb.

Publika.az-ın məlumatına görə, artıq bu barədə sosial şəbəkənin özü məlumat yayıb.

Məlumatda sosial şəbəkədə virusun yayılması ilə bağlı xəbərdarlıq edilir. Virus dostlar tərəfindən video və ya foto material kimi gəlir. Həmin məlumat açılan kimi virus kompüterinizin sistemini pozacaq. Virus həm də sizin dostlarınıza göndəriləcək.

Artıq sosial şəbəkənin azərbaycanlı istifadəçiləri qeyd olunan problemlə qarşılaşıblar. Yayılan məlumatlarda, sosial şəbəkədə dostlar tərəfindən göndərilmiş heç bir məlumatı açmamaq məsləhət görülür.

Artıq Rusiyanın “Evropa Plyus” radiosu da bu barədə xəbərdarlıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm