Cəriməni mobil telefon vasitəsilə ödəyə biləcəyik
Bizi izləyin

Qırmızı.az

Cəriməni mobil telefon vasitəsilə ödəyə biləcəyik

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 11-də “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi barədə imzaladığı fərman “ASAN xidmət”ə kifayət qədər mütərəqqi səlahiyətlər verir. Son dəyişiklik korrupsiyaya qarşı mübarizə baxımdan eləcə də, xidmətlərin elektronlaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan, son dəyişikliklər təqdir edilməlidir".

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi barədə verilən fərmanı şərh edərkən bildirib.

Onun sözlərinə görə, sənəd “ASAN ödəniş” sistemi formalaşdırılacaq. Bu sistem inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edəcək.

“Bu islahatın mahiyyəti birbaşa korrupsiyaya qarşı mübarizə tədbirdir. Belə ki, avtomobilinizdə qaydanı pozursunuzsa, o zaman sizin qayda pozuntunuzu əks etdirən şəkil və tərtib edilən akt sizin mobil telefonunuza göndəriləcək. Siz isə heç yerə getmədən mobil telefon vasitəsi ilə ödəniş edəcəksiniz. Ödəniş etməyi unutmusunuzsa, o zaman sistem sizi sonradan yenə də mobil telefon vasitəsi ilə məlumatlandıracaq. Eyni zamanda, cərimələrin ödənilməsi üçün şəhərin müxtəlif yerlərində ödəmə terminallarının quraşdırılması da nəzərdə tutulur. Oxşar praktika məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsinə də tətbiq ediləcək.


Ən ciddi yeniliklərdən biri isə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısının genişləndirilməsidir. Belə ki, artıq bu xidmət indiyədək mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarış və texniki pasportları verirdirsə, son dəyişiklilərdən sonra artıq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatını da həyata keçirəcək. Eyni zamanda, əgər əvvələr “ASAN xidmət” fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa,artıq onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini həyata keçirəcək. Bununla yanaşı, yeni dəyişikliklərdən sonra sözügedən xidmət yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması vəxaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulunu həyata keçirəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm