Sülhəddin Əkbər: “Rəsul Quliyevlə telefonla danışdıq” - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Sülhəddin Əkbər: “Rəsul Quliyevlə telefonla danışdıq” - AÇIQLAMA

“Hər hansı partiyaya rəhbər gəlmək və ya üzv olmaqla bağlı qərar verəcəyəmsə, bundan ilk xəbər tutan jurnalistlər olacaq”.

Bunu Publika.Az-a açıqlamasında Avroatlantik Şuranın sədri Sülhəddin Əkbər Acıq Cəmiyyət Partiyasına (ACP) sədr gətiriləcəyi haqqında yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

Sülhəddin Əkbər ACP lideri Rəsul Quliyevlə bir neçə dəfə telefon bağlantısı yaratdığını təsdiqləyib, ancaq partiyaya rəhbər gəlməsi barədə hər hansı müzakirə aparılmadığını söyləyib: “ACP lideri ilə son günlər bir neçə dəfə əlaqə yaratmışıq. Əsas müzakirə mövzusu ölkədaxili məsələlər olub. Lakin onunla ACP-yə üzv olmaq və ya rəhbər gəlməklə bağlı hər hansı müzakirələr aparmamışıq. Belə bir ehtimal yaranarsa, bundan ilk xəbər tutan media mənsubları olacaq”.

“Əgər sizə ACP-yə sədr gəlmək təklif edilərsə, razılıq verərsinizmi” sualına cavabda Sülhəddin Əkbər barədə hələ düşünmədiyini deyib: “Əlbəttə, təklif gələrsə, mütləq dəyərləndirərəm. Amma bu tək mənim verə biləcəyim qərar deyil. Dostlarımla, tərəfdarlarımla müzakirələrdən sonra yekdil rəyə gəlmək olar”.

ACP-yə rəhbər gələcəyi təqdirdə Müsavatda qopmaların ola biləcəyi ehtimallarını dəyərləndirən Sülhəddin Əkbər indidən hər hansı proqnoz vermək niyyətində olmadığını deyib.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm