ŞOK: 10 nəfər yeniyetmə qızı zorladı
Bizi izləyin

Qırmızı.az

ŞOK: 10 nəfər yeniyetmə qızı zorladı

Yeniyetmə qız cinsi təcavüzə məruz qaldığı şəxsdən hamilə qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərənin Birmingham şəhərində yaşanan olayla bağlı məsələ artıq məhkəmədə araşdırılır.

Məlum olub ki, 10 nəfər tərəfindən təcavüzə məruz qalan yetiyetmə onlardan biri – 32 yaşlı Sarfraz Riazdan hamilə qalıb. Məhkəmənin qərarı ilə qızı zorlamaqda ittiham olunan 10 nəfər kişiyə həmin yeniyetmə ilə əlaqə qurmaq, eləcə də tanımadıqları digər qızlara yaxınlaşmaq qadağan olunub.

Qeyd edək ki, sözügedən məhkəmə prosesi ilk öncə qapalı keçirilirdi. Lakin prosesə sədrlik edən şəxsin qərarından sonra artıq iclas açıq keçirilir. Bu zaman bəlli olub ki, yeniyetmə qız 10 nəfər tərəfindən cinsi istismara məruz qalıb və günlərlə ona ağır işgəncələr verilib.

Qızı zorlamaqda ittiham olunan və yeniyetmənin bətnində daşıdığı körpənin atası olduğu iddia edilən Sarfraz Riaz isə ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. Məhkəmə zamanı o da məlum olub ki, Sarfraz Riaz oğurluq, irqçilik və narkotik maddələrin satışı maddələri ilə 14 il həbsdə olub.

Məhkəmə qərarı ilə adı açıqlanmayan qızın isə çətin, iztirablı uşaqlıq həyatı keçirdiyi qeyd olunur. Tez-tez evdən qaçan qız 13 yaşında olarkən 6 gün itkin düşüb. Məhkəm zamanı çıxış edən prokuror bildirib ki, həmin qız mütəmadi olaraq otellərdə, barda yaşca özündən böyük kişilərlə bir yerdə görünürdü. Bundan başqa, prokuror qeyd edib ki, qıza təcavüz etdikləri iddia olunan 10 nəfərə – Məhəmməd Anjam, Ömər Əhməd, Nasem Xan, Məhəmməd Caved, Şah Alam, Seyid Hüseyn, Rəhman Əziz, İmran Uddin, Mənsur Əhməd və Sarfraz Riaza qarşı əllərində yetərli sübut yoxdur. Lakin buna baxmayaraq, məhkəmə təqsirləndirilən şəxslərin həmin qızla əlaqə qurmaması, həmçinin öncədən tanımadıqları digər qızlara yaxınlaşmamaq barədə qərar qəbul edib.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm