• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nədən bəzi icra başçıları yeni təyinat almadı? - Şərh

Nədən bəzi icra başçıları yeni təyinat almadı? - Şərh

“Kim ona göstərilən etimaddan sui-istifadə etsə, aqibəti ən yaxşı halda işdən qovulmaq olacaq”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bir neçə rayon icra hakimiyyəti başçısının vəzifədən azad edilməsi ilə bağlı prezident sərəncamını şərh edərkən bildirib.

Dövlət başçısı bu yaxınlarda Sabunçu, Ağdaş, İmişli, Masallı, Lənkəran, Astara və Samux rayon icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Masallı, Lənkəran, Astara və Samux rayon icra başçıları digər rayonlara rəhbər təyinatı alsalar da, Sabunçunun icra başçısı Əbülfət Əliyev, Ağdaşın icra başçısı Rafiq Niftəliyev və İmişlinin icra başçısı Əbülfəz Ağayev işsiz qaldılar.

AVP sədri hesab edir ki, İlham Əliyev kadr siyasətində daim yeniliklər edib və son sərəncamlar da bunun davamı sayıla bilər: “Prezident seçildiyi gündən İlham Əliyev kadr siyasətində daim yeniliklərə imza atıb. Xüsusən yerli idarəetmə orqanlarının fəaliyyəti daha çox diqqət mərkəzində saxlanılır.

Bu məsələyə əsasən iki istiqamətdən yanaşılır. Birincisi, rotasiya yolu ilə icra başçılarının yerdəyişməsi, digəri isə müasir dövrün tələbləri ilə ayaqlaşa bilməyən, yerində olmayan rayon rəhbərlərinin vəzifədən azad edilməsi ilə bağlıdır. Bir icra başçısının təcrübəsindən digər rayonun idarə olunmasında istifadə edilirsə, təbii ki, bu həmin rayonun inkişafına gətirib çıxaracaq.

Bununla yanaşı işinin öhdəsindən gələ bilməyən, ona göstərilən etimaddan sui-istifadə hallarına yol verən məmurların birdəfəlik kənarda qoyulması ənənəsi də var ki, bu dəfə də biz bunu müşahidə etdik”.

Azər Niftiyev

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR