“İctimai Palata ilə bağlı müzakirələrə son qoyulmalıdır” - Mövqe
Bizi izləyin

Qırmızı.az

“İctimai Palata ilə bağlı müzakirələrə son qoyulmalıdır” - Mövqe

“İsa Qəmbərin son təklifinin mahiyyəti mənə aydın deyil”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu İctimai Palatanın Kordinasiya Şurasının üzvü, Müsavat başqanı İsa Qəmbərin qurumda təmsil olunmayan partiyalara əməkdaşlıq təklifini şərh edərkən belə deyib.

Bu günlərdə Müsavat başqanı indiki məqamda bütün narazı qüvvələrin bir arada olmasının zəruriliyindən danışaraq, digər müxalifət partiyalarını da İctimai Palataya qoşulmağa səsləyib.

ADP sədrinin fikrincə, İsa Qəmbərin təklifi yerində səslənməyib: “İctimai Palata 2010-cu ilin parlament seçkilərindən sonra yaradılan bir qurumdur. Burada parlament seçkilərinin nəticələrindən narazı qalan şəxslər təmsil olunurdu. Hətta ADP-dən, KXCP-dən, YAP-dan da qurumda təmsil olunanlar var idi. Seçkilərin üzərindən bir neçə il vaxt keçməsinə və bununla bağlı müzakirələrin səngiməsinə baxmayaraq, İctimai Palatanın gücləndirilməsindən danışmaq, zənnimcə, doğru yanaşma deyil. Hesab edirəm ki, İctimai Palata ilə bağlı müzakirələrə son qoyulmalıdır. Nə özümün, nə də rəhbərlik etdiyim partiyanın İctimai Palataya qoşulmaq niyyəti yoxdur”.

Azərbaycan Klassik Xalq Cəbhəsi (KXCP) Partiyasının sədri Mirmahmud Mirəlioğlu Müsavat başqanının son açıqlaması haqqında belə deyib: “İctimai Palatanın sıralarının genişləndirilməsi ilə bağlı təklifdən xəbərsizəm. Təfsilatı ilə məlumatlı olmadığıma görə bu barədə danışmaq niyyətində deyiləm. İctimai Palata ilə bağlı müzakirələr çox olub. Bununla bağlı bizim KXCP-nin də mövqeyi var. Üzvlərimizə bu məsələdə sərbəstlik vermişik. Amma partiya olaraq bizim qurumda təmsil olunmaq niyyətimiz yoxdur”.

Azər Niftiyev,

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm