• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sabiq prezident: “Dağlıq Qarabağ problemini dinc yolla həll etmək lazımdır“

Sabiq prezident: “Dağlıq Qarabağ problemini dinc yolla həll etmək lazımdır“

Litvanın keçmiş prezidenti, Seymin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergis belə hesab edir.

"Azərbaycan bütün beynəlxalq strukturlarda özünün ədalətli mövqeyində təkid etməlidir", - Landsbergis bazar ertəsi Bakıda Dövlət İdarəçilik Akademiyasının tələbələri qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Litva Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərpasında maraqlıdır, Azərbaycan Avropanın ehtiyac duyduğu inkişaf etməkdə olan ölkədir.

Landbergisin fikrincə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etməsi ilə bağlı Aİ-yə müraciət etməkdə haqlıdır.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR