• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

NATO-nun ən böyük ordusu hansı ölkədədir? -SİYAHI

NATO-nun ən böyük ordusu hansı ölkədədir? -SİYAHI

28 üzvü olan NATO-nun ümumi hərbçi sayı 3.5 milyona çatır.

Publika.Az xəbər verir ki, təşkilat daxilində ən böyük ordu 1 milyon 427 min hərbçi ilə ABŞ-a aiddir.

Avropa ölkələri arasında ən böyük ordu isə Türkiyənindir - 495 min nəfər.

Fransa 227 min, Almaniya 205 min, İngiltərə və İtaliya 192 min, İspaniya 127 min, Yunanıstan 124 min və Polşa 100 min nəfərlik ordu ilə sonrakı yerləri tuturlar.

Bununla da NATO-nun Avropadakı hərbçi sayı 2.027 milyon, Şimali Amerikada isə 1.487 milyon təşkil edir.

Türkiyə 495 min nəfərlik ordusu ilə NATO qüvvələrinin ¼ -ni təşkil edir.

Şimali Atlantika İttifaqı arasında orduya ən çox pul xərcləyən ölkə isə 731.9 milyard dollarla ABŞ-dır.

ABŞ-ı 63.6 milyard dollarla İngiltərə, 53.4 milyardla Fransa, 48.1 milyardla Almaniya, 30.2 milyardla İtaliya və 23.7 milyardla Kanada təqib edir. Türkiyə 14.5 milyard dollarla 7-ci yeri tutur.

Hərbi xərclərdə İspaniya 14, Hollandiya 11.3 və Polşa 8.9 milyard dollarla ilk 10-a girirlər.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR