Dünyanın silah bazarı ilə bağlı şok faktlar
Bizi izləyin

Qırmızı.az

Dünyanın silah bazarı ilə bağlı şok faktlar

"Silah satışı iri dövlətlərin balaca dövlətləri əllərində saxlamaq üçün vasitəsidir".

Bunu Publika.az-a hərbçi ekspert İldırım Məmmədov deyib.

O hesab edir ki, iri dövlətlərin satdığı silahlar bir növ keçmiş nəsil silahlara aiddir.

Ekspertin fikrincə, silahlanmanın birinci səbəbi silah mafiyasının böyük dövlətlərdə guclu olması və yuz milyardların mafiyanın cibinə axmasıdırsa, digər bir səbəbi dunya bazarı uğrunda mubarizədir.

İ.Məmmədov hesab edir ki, iri dövlətlərin satdığı silahlar gələcəyin texnologiyası deyil. Bəzi balaca dövlətlərin silah istehsalına iri dövlətlər tərəfindən qısqanclıqla yanaşıldığını deyən eksrert hesab edir ki, bunun baş verməsi onları böyük qazanclardan məhrum edər.

Silah satıcılarının münaqişə ocaqlarının çox olmasında maraqlı olduqlarını deyən hərbçi ekspert Azad İsazadə isə hesab edir ki,

bəzən münaqişə tərəflərinin özləri də silah alverindən xeyli pul qazanırlar:

"Burada kim birinci, kim ikincidir? Bunu demək çox çətindir. Maraqlısı odur ki, həm silah satıcıları, həm də silah alıcıları bir-birini çox tez tapırlar və bir-birinə dəstək verməyə başlayırlar".

Silah bazarının ağ, qara və boz kimi növlərinin olduğuna diqqət çəkən A.İsazadə əsas silah marşrutlarına da toxunub:

"Ağ bazar təbii ki, dövlətlər arasında rəsmi olaraq bağlanan müqavilələr əsasında həyata keçirilən satışdır. Bəzən silah bir dövlətdən digərinə rəsmi şəkildə satılır, amma marşrut boyunca sənədlər dəyişir və ağ silah bozlaşır. Qara bazar isə oğurluq malı birbaşa hansısa münaqişə bölgəsinə çatdırmaqdır. Belə marşrutlardan biri Rusiya-Ermənistan-Qarabağ-İrandır. İrandan isə bu marşrutun bir qolu gedir Hizbullah təşkilatına. Bu barədə Azərbaycan və dünya mətbuatı da dəfələrlə yazıb. Rusiyanın Ermənistana satdığı silah sonradan boz şəkil alaraq seperatçı qurum olan Dağlıq Qarabağa göndərilir. Dağlıq Qarabağdan isə silah qara rəngini alaraq İran, Hizbullah və digər istiqamətlərə gedir. İstisna olunmur ki, Şimali Qafqazda Rusiya daxil, silah alveri var. Yaxın Şərqdəki münaqişələrdən silah alverçiləri xeyli pul qazanır. Afrika ölkələrində daimi olaraq qara, bəzən də boz silah bazarı işləyir".

İndiki dövrdə texnologiyaların tez-tez dəyişildiyini deyən A.İsazadə yeni və köhnə texnologiya arasında da ciddi bir fərqin olmadığını qeyd edir.

Ekspert hesab edir ki, bəzən silah alıcılarında yeni silahları almağa kifayət qədər vəsait olmur. Silah satıcıları isə bir çox hallarda yeni silahları satmaqda maraqlı olmurlar.

Dunyada silahlanma yarışının bu əvvəlki illərdən daha geniş vüsət alması dünya ictimaiyyətini qorxudan məsələlərdəndir. Qərb dövlətləri soyuq müharibə zamanı silahlanma yarışının "kommunizm təhlukəsindən"qaynaqlandığını bəhanə gətirsələr də, bu gun faktlar tamam başqa mətləblərdən xəbər verir.

SSRİ-nin və Varşava blokunun artıq mövcud olmamasına baxmayaraq Qərb surətlə silahlanır və silahlandırır.Təkcə 2010-cu ildə dunyada silahlanmaya və hərbi xərclərə 1 trilyon 600 milyard dollar pul xərclənib ki, bunun da yarıya qədəri, təxminən 700 milyard dolları təkbaşına ABŞ-ın payına düşüb. Muqaisə üçün deyək ki, ABŞ-ın bir illik hərbi xərci dünyanın ən yoxsul 50 dövlətinin ümumilikdə toplam milli gəlirindən daha çoxdur.

ABŞ, Fransa, Böyuk Britaniya dövlətlərinin bir illik toplam hərbi xərci təqribən 850 milyard dollar təşkil edir ki, bu vəsaitlə dunyanın 100 yoxsul dövlətini dolandırmaq olar. "Sulhsevər" kapitalistlər Somalidə acından ölən insanlara cəmi 200 milyon dollar vəsait ayırdıqları halda, ölkələri viran qoymağa, on minlərlə insanı məhv etməyə bundan 4 000 dəfə daha çox vəsait xərcləyirlər. Həm də hər il.

Maraqlıdır ki, dünya maliyyə böhranı da silahlanma yarışını ləngidə bilməyib. Milyardlarla dollar borc hesabına olsa belə, silahlanma yarışından kənarda qalmaq istəməyən ölkələrdəki iqtisadi vəziyyət göz qabağındadır.

Stokholm Beynəlxalq Sülh Araşdırmalarıİnstitutunun (SIPRI) açıqladığı 2011-ci ilə aid statistikaya görə, dünyada ən çox silah satan ölkələrin başında 30,49%-lə ABŞ gəlir. Onu Rusiya (23,7), Almaniya (9), Fransa (7), İngiltərə (4), Çin (3) izləyir.

SİPRİ-nın məlumatlarına görə, dünyada 2002-2006 illərə nisbətən, 2007-2011-ci illər arasında silahlanma yarışı 24 faiz artıb. Mütəxəssislərin fikirlərinə görə, Ərəb ölkələrindəki "Ərəb baharı" adlandırılan proseslərdən sonra bu ölkələrin silah alışı çoxalıb. Şimali Afrika ölkələrinə silah satışları da 2002-2006-cı illərlə müqayisədə 2007-2011-ci illərdə 273 faiz çoxalıb. Eyni dövrdə yalnız Mərakeşə satılan silah həcmi 443 faiz artıb. Dünyanın ən böyük ordusuna sahib olan ABŞ silahı ən çox Səudiyyə Ərəbistanına satır. Araşdırmalara görə Səudiyyə Ərəbistanı hər il silah üçün 40-45 milyard dollar xərcləyir.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm