Gəncədə avtomobil aşdı
Bizi izləyin

Qırmızı.az

Gəncədə avtomobil aşdı

Ötən gün axşam saat 22:00 radələrində Gəncə şəhəri Zülfü Hacıyev küçəsində yol qəza hadisəsi baş verib.

Publika.az Kəpəz TV-yə istinadən xəbər verir ki, VAZ 21011 markalı avtomobilin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Bu zaman VAZ 21011 yolun kənarında dayanan Məhərrəm Budaqova məxsus VAZ 2107-ə dəyib. Nəticədə avtomobillərə ciddi ziyan dəyib və VAZ 21011 də olan sərnişin Gəncə sakini 31 yaşlı Seymur Məmmədzadə müxtəlif bədən xəsarətləri alıb. Sürücü isə hadisədən dərhal sonra ərazini tərk edib.

Hazırda Gəncə polisi həmin sürücünün müəyən edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Daha bir yol qəzas isə elə həmin gün axşam saat 19:00 radələrində Gəncə şəhəri İsmət Qayıbov küçəsində yol qəza hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində Gəncə sakini 27 yaşlı Samir Cəfərov ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Hadisənin təfərrüatları Gəncə polisi tərəfindən araşdırılır.

"Xəstə Cəfərov Samir Aydın oğlu təcili yardım maşını ilə xəstəxanaya gətirilib. İlkin müayinə zamanı xəstənin sol gicdah nahiyyəsində və sağ əlində əzilən deşilən yaralar aşkarlanıb. Xəxtənin yaraları tikilib. Sonrakı müalicə üçün palataya yerləşdirilib", - həkim Şahin Quliyev bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm