• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Obama Rusiyaya həftəsonu növbəti zərbə vuracaq

Obama Rusiyaya həftəsonu növbəti zərbə vuracaq

ABŞ prezidenti Barak Obama həftə sonuna kimi Rusiyaya qarşı sanksiyaların yeni paketini imzalamağa hazırdır.

Publika.az-ın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin nümayəndəsi Coş Ernest brifinqdə bildirib.

“Mən güman edirəm, imzalanma bu həftənin sonuna qədər olacaq", - Ernest qeyd edib. Eyni zamanda Ağ Evin nümayəndəsi bildirib ki, Kreml Ukrayna üzrə öhdəliklərini yerinə yetirəcəyi halda, Vaşinqton Moskvaya qarşı tətbiq olunan sanksiyaların ləğvinə hazırdır.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı 12 dekabrda prezident Barak Obamaya Rusiyaya qarşı yeni sanksiyaları maneəsiz tətbiq etmək hüququ verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR