Sabah 5-10 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 5-10 dərəcə isti olacaq

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 2-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm