• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arvadını öldürdü, 50 qadına təcavüz etdi – ŞOK TƏFƏRRÜAT

Arvadını öldürdü, 50 qadına təcavüz etdi – ŞOK TƏFƏRRÜAT

Avstraliyanın Sidney şəhərində kafeyə silahlı hücum edən təcavüzkarın daha əvvəl arvadının qətlində və çoxsaylı təcavüzdə günahkar olduğu bilinib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, kafeyə edilən hücum zamanıda Şeyx Harun ləqəbli Harun Munisin girov götürdüyü bütün qadınların videolarını çəkərək sosial şəbəkəyə yerləşdirdiyi müəyyən edilib.

İngiltərənin “The Times” qəzetinin məlumatına görə, Harun Munis 1996-cı ildə İran rejimindən qaçaraq Avstraliyaya sığınıb. Daha sonra “Şeyx Harun” ləqəbini götürüb. Onun bir müddət əvvəl pul girovu qarşılığında həbsdən çıxdığı qeyd edilir.

Harun Munis daha əvvəl arvadının qətlinə görə həbsdə yatıb. O, 2002-ci ildə gənc qıza təcavüzdə günahlandırılıb. Daha sonra Əfqanıstanda müharibədə oğulları həlak olan ailələrə “oğlunuz qatildir” mesajı göndərməkdə ittiham olunub.

Onun 7 qıza təcavüz etdiyi iddiası ilə aparılan məhkəmənin ən son iclası isə ötən cümə günü keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR