“Proporsional seçki sistemi bərpa edilsin” - Təklif
Bizi izləyin

Qırmızı.az

“Proporsional seçki sistemi bərpa edilsin” - Təklif

“Proporsional seçki sistem bərpa edilməyənə qədər siyasi partiyaların maliyyyələşməsi şəffaf olmayacaq”. Bunu Publika.Az-a açıqlamasında sabiq millət vəkili Nazim Məmmədov “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulan dəyişiklikləri şərh edərkən bildirib.

Milli Məclisin Hüquq və Dövlət Quruculuğu Komitəsinin son iclasında “Siyasi partiyalar” haqqında qanuna əlavə və dəyişikliklər müzakirə olunub, sənəd plenar iclasa təqdim edilib. Qanunda partiyaların dövlət qeydiyyatı ilə bağlı yeniliklər, onların dövlət büdcəsindən maliyyələşməsi və digər məqamlar öz əksini tapıb.

Nazim Məmmədov siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsini təqdir etdiyini desə də, onun şəffaf həyata keçiriləcəyinə əmin deyil: “Dünya praktikasında siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi halları var. Bu praktikadan daha çox Qərb ölkələrində istifadə edilir. Lakin nəzərə almaq lazımdır ki, həmin ölkələrdə hökuməti parlament formalaşdırır və siyasi partiyaların cəmiyyətin həyatında əhəmiyyətli dərəcədə rolu var.

Azərbaycanda isə siyasi partiyalarla bağlı vəziyyət qeyri-müəyyəndir. Milli Məclisdə təmil olunan partiyalar da ciddi təsir gücünə malik deyil. Məhz həmin partiyalara maliyyə ayırmaqla, problemin həllinə nail olmaq mümkün deyil. Faktın özü bu məsələdə şəffaflığın olmayacağına dair qənaətləri möhkəmləndirir”.

Sabiq millət vəkilinin bununla bağlı təklifləri də var: “Yaxşı olardı ki, siyasi partiyaların maliyyələşməsi 2015-ci ilə qədər təxirə salınsın. Növbəti parlament seçkilərinə qədər isə referendum keçirib, proporsional seçki sistemini bərpa etmək daha doğru olardı. Məhz Milli Məclisə proporsional yolla seçki keçirib, partiyaların həqiqi gücünü müəyyən etdikdən sonra bu məsələdə şəffaflığı təmin etmək olar”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm