Borclu abonentlərin işığı kəsiləcək
Bizi izləyin

Qırmızı.az

Borclu abonentlərin işığı kəsiləcək

“Bakıelektrikşəbəkə” borclu paytaxt sakinlərinə xəbərdarlıq edib.

Publika.az-a daxil olan məlumata görə, “Bakıelektrikşəbəkə”nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 22 dekabr 2014-cü il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Enerji təchizatı dayandırılmış abonentlər haqqında informasiya bazasında müvafiq qeydlər aparılacaq və borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma hallarının olmaması üçün reydlər keçiriləcək.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm