Qırmızı.az
Azərbaycan "ağıllı" bombalar istehsal edəcək
Azərbaycan 2015-ci ildə ağıllı aviabombaların serialı istehsalına başlayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, 2015-ci ildə Azərbaycanda artıq "İDEX 2014"
sərgisində nümayiş olunan ağıllı aviabombaların seriyalı
istehsalına başlanılacaq: "Ölkə daxilində müvafiq strukturların
sifarişləri artıqlaması ilə təmin olunub. Müdafiə Sənayesi
Nazirliyinin istehsal gücü verilən sifarişdən qat-qat
artıqdır".
Y.Camalov deyib ki, Azərbaycanda müdafiə təyinatlı məhsulların
istehsalına xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər cəlb
olunur: "Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalı üçün
texnologiyalar hansı ölkələrdən alınırsa, həmin şirkətlərin
nümayəndələri istehsal prosesində iştirak edə bilərlər. Məhz həmin
şirkətlərin təmsil etdiyi ölkələrdən mütəxəssislər də dəvət
olunur".
Nazir bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyində (MSN)
58 istehsal sahəsi mövcuddur: "Onların hamısı dünyanın aparıcı
şirkətlərindən alınmış avadanlıqlarla təchiz olunub. Hazırda
nazirliyin müəssisələrində 900-dən artıq müdafiə təyinatlı
məhsullar istehsal olunur və onların bir qismi beynəlxalq
sərgilərdə nümayiş etdirilir. Beynəlxalq sərgilərdə nümayiş
etdirilən məhsulların sayı getdikcə artır. Vaxtilə Türkiyədəki
sərgidə 27, Malayziyada 132, bu il Bakıda keçirilən Beynəlxalq
Müdafiə Sənayesi Sərgisində isə 168 adda müdafiə təyinatlı məhsul
nümayiş olunub. 2014-cü ildə Azərbaycanda istehsal olunan 100
milyon dollar dəyərində müdafiə təyinatlı məhsul ixrac
edilib".
Y.Camalovun sözlərinə görə, növbəti ildə ixrac daha çox olacaq: "Hazırda bir sıra ölkələrdən, o cümlədən Malayziyadan Azərbaycanın müdafiə təyinatlı məhsullarının həmin ölkələrə ixracı ilə bağlı təkliflər var. Bununla bağlı müzakirələr gedir, müvafiq qərar qəbul olunacaq. Nazirlikdə müdafiə təyinatlı məhsullarla yanaşı, 450-dən çox adda mülki təyinatlı məhsullar da istehsal olunur".
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı