Sabiq müavinlərdən Rəsul Quliyev açıqlaması
Bizi izləyin

Qırmızı.az

Sabiq müavinlərdən Rəsul Quliyev açıqlaması

“Rəsul Quliyevin müxalifət liderlərini öz postlarını gənclərə verməli olduğu barədə çağırışını dəstəkləyirəm”. Bunu Publika.Az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, ADP sədrinin sabiq müavini Aydın Quliyev bildirib.

Bu günlərdə Milli Müqavimət Hərəkatının təsisçisi və ADP-nin sabiq sədri (hazırda ACP lideri) Rəsul Quliyevin müxalif partiya rəhbərlərini istefaya səsləyən bəyanatla çıxış edib. İctimai Palatada təmsil olunan partiya funksionerləri isə eks-spikerə cavabda onun özünün siyasi uğursuzluqları fonunda siyasətdə qalaraq, başqalarına meydanı tərk etməyə çağırmasını gülünc adlandırıblar.

Eks-spikerin sabiq silahdaşı Aydın Quliyev hesab edir ki, müxalifət daxilində rotasiya yolu ilə əvəzlənmələr getməli və gənc nəslin önə çıxmasına imkan yaradılmalıdır: “Dünya praktikasında hər 5-10 ildən bir rotasiya yolu ilə əvəzedilmələr olur. Təəssüf ki, Azərbaycan müxalifəti bu sarıdan irəli gedə bilməyib. Müxalif partiyaların əksər liderləri 20 ildir eyni vəzifəni daşıyırlar”.

Rəsul Quliyevin daha bir sabiq müavini Telman Orucov da siyasi səhnədə gənclərin önə çıxmasını vacib hesab edir: “Mən də o qənaətdəyəm ki, siyasi liderlər öz yerini gənclərə verməlidir. Amma bunun hansı formada həyata keçirilməsi, kimlərə şamil olunması haqda təklif verməkdə çətinlik çəkirəm”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm