• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Onlar öldülər, yoxsa öldürüldülər?

Onlar öldülər, yoxsa öldürüldülər?

Məhşur insanların həyatı diqqət mərkəzində olduğu üçün onların ölümləri də çox vaxt rezonans doğurur. Üstəlik, bu ölüm gözlənilməz olsa, daha çox marağa səbəb olur. İnsanlar hər şeyi bilmək istəyir- niyə öldü, kimin əli ilə öldü, kim öldürtdü, əcəli iləmi öldü və s.

Publika.az saytı sizə dünya şöhrətli insanların ölüm tarixçəsini hazırladı.

***

Maykl Cekson –Maykl Ceksonun öldüyü və ya öldürüldüyü barədə bir çox versiya var. Onun son vaxtlar səhhətindən şikayətləri vardı və bu söz-söhbətlərə bir qədər su səpən fakt da budur.

Amma onu sevənlər qətiyyətlə əmindirlər ki, Cekson öldürülüb. Birinci dərəcəli şübhəli isə onun həkimidir. Həkimi həbs olundu və onun Maykl Ceksona ölümündən qabaq iynə vurduğu aşkarlandı. Bir məsələ də var ki, Cekson olduqca çox əməliyyat etdirib, dərisinin rəngi belə plastik əməliyyatlar nəticəsində dəyişib. Bu qədər müdaxilədən sonra orqanizmin 80-90 il yaşamasını gözləmək də sadəlöhvlükdür.

Maraqlıdır ki, Maykl Ceksonun dəfni də ölümü qədər sirrli oldu. Cekson ailəsi dəfnə heç kimi buraxmadı, cənazənin harada, necə, hansı adətlərlə dəfn edildiyi müəmmalı qaldı. Maykl Cekson sonradan müsəlmanlığı qəbul etmişdi, dəfninin müsəlman və ya xristian adətləri ilə olması barədə də məlumat yoxdur. Bəzi bilgilərə görə isə Maykl Ceksonun cəsədi yandırılıb, tabuta külü qoyulub.

***

Ceyms Dean - Yaşlı nəslin daha çox xatırladığı məhşur aktyor Ceyms Dean ömrünün ən gözəl illərində, karyerasının çiçəkləndiyi bir dövrdə qəfil ölümü ilə pərəstişkarlarını ağlatdı. 1955-ci ildə şəxsi avtomobilində törətdiyi qəzadan sağ çıxmayan aktyorun ölüm səbəbi yüksək sürət oldu. Təəccüblü olanı da odur ki, qəzaya səbəb Ceymsin toqquşduğu avtomobilin sahibi olmuşdu. Amma qəzanın təqsirkarı həmin maşını idarə edən Donald adlı gənc yox, ölən aktyor hesab edildi və iş bağlandı. Səbəb kimi isə Ceyms Deanın görmə qabiliyyətinin zəif olduğunu və eynəksiz sükan arxasında oturduğu göstərildi. Lakin qəzadan öncə aktyoru görən şahidlər deyir ki, o eynəksiz də yaxşı görürdü.

***

Brus Lee – Amerikada doğulan Çin əsilli bu aktyorun ölümündə də sirr var. Filmlərdən birinin çəkilişində belindən xəsarət alan aktyora həkimlər döyüş səhnələrini qəti qadağan edirlər və 6 ay boyunca yataqda dincəlməsini tapşırırlar. Bu dövrdə aktyor boş durmur, kitab yazır. Amma yazdığı kitabı bitirə bilmir, qəfildən vəfat edir.

1973-cü ildə vəfat edən aktyorun ölümündəki müəmmalar hələ də çözülməyib. Çünki belinə görə o daim həkim nəzarətində olub və başqa heç nədən şikayəti olmayıb. Sevənləri fikirləşirdi ki, Brus Lee yalnız öldürülə bilərdi. Ölümündən qabaq yeni rol alacağı bir filmin rejissoru ilə görüşə gedən aktyor baş ağrısından şikayətlənir və baş ağrısı dərmanı içib yatır. Axşama qədər oyanmadığını görüb şübhələnirlər və onu oyatmağa çalışırlar. Təcili yardım çağırırlar, amma artıq Brus ölmüşdü...

İstedadlı aktyora “beynindəki şiş səbəbi ilə öldü” diaqnozu qoydular. Maraqlıdır ki, bundan öncə də dəfələrlə həkim müayinəsindən keçmişdi və bu barədə heç bir diaqnoz qoyulmamışdı. Qeyri-rəsmi məlumatlara görə isə o ölümündən iki ay qabaq beyin iflici keçiribmiş.

Aktyorun ölümünə səbəb kimi də ən çox “Hollivud” rəhbərliyinin adı hallanır. Çünki o dövrlərdə Brus Lee Çin kinosunu çox inkişaf etdirmişdi və demək olar ki, “Hollivud” kölgədə qalırdı. Bu ehtimalı aktyorun cəsədinin tibbi ekspertizası zamanı əldə edilən nəticələr da təsdiqlədi. Brus Leenin bədənində zəhər tapıldı. Amma bu məsələ elə ekspertiza otağında qaldı, naməlum qüvvələr bu xəbərin yayılmasını əngəllədilər.

***

Con Lennon - Əfsanəvi qrup “Beatles”in əfsanə səsi Con Lennon da karyerasının pik nöqtəsində həyatla vidalaşdı. Ölümündəki sirlər indiyədək düşündürücüdür. Əfsanəvi və sehirli səsin sahibini bir pərəstişkarı öldürdü. İddiaya görə qatilin ruhi problemləri varmış. 1980-ci ildə Nyu-Yorkdakı bir konsertdən çıxanda öldürülən müğənninin ABŞ siyasətinə qurban getdiyi də söylənilir. Çünki Con Lennon o zamanlar hakimiyyətdə olan Amerika prezidenti Ronald Reyqana qarşı sərt bəyanatlar verirdi, radikal fikirlər söyləyirdi.

***

Merlin Monro – Bu cazibədar aktrisanın ölümü də sirr oldu. Ona "Something`s Got to Give" adlı komediya filmində rol təklif etdilər. Bu onun karyerasında çılpaq səhnəsi olan ilk film olacaqdı. Ancaq aktrisa film çəkilişləri boyunca xəstə olduğunu deyib çəkilişlərə gəlmirdi. Onun adı filmin çəkilişləri gedən zaman eşq macəralarında hallanırdı. Buna görə filmdən qovuldu və rolu başqa aktrisaya verildi.

Amma Merlinin filmdəki tərəf müqabili yalnız Merlinlə işləyəcəyini israr etdi və aktrisa yenidən filmə qayıtdı.

Merlin filmin çəkilişləri təkrar başlamadan öncə yüksək dozada sakitləşdirici dərman qəbul etdiyinə görə 1962-ci ilin avqustunda vəfat edib. Ölümündən sonra cəsədinin yarılması zamanı ölümün səbəbinin intihar ola biləcəyi ehtimalı da üzə çıxdı. Çünki, qəbul edilmiş dərmanlar normadan dəfələrlə çox olub. Başqa bir versiya isə onun öz qulluqçusu tərəfindən öldürüldüyünü deyir.

***

Devid Karradin - Taylandda bir otel otağında ölü olaraq tapılan məşhur Hollivud ulduzu Devid Karradinin sirr dolu ölümü hələ də çox müzakirə edilən ölümlər sırasındadır. Otağında tavandan asılmış halda tapılan aktyorun özünü öldürməsi ilə bağlı versiyalar yayıldı. Amma aktyorun meneceri Binder iddia edir ki, Devidi öldürüblər. Onun sözlərinə görə, ölü olaraq tapılan aktyorun əlləri arxadan bağlı olub və otaqda başqa ayaq izləri də olub. Digər iddiaya görə, aktyor işgəncəyə məruz qaldıqdan sonra öldürülüb.

***

Natalya Vood – Amerikanın məhşur film ulduzlarından biri. Oskar mükafatına 3 dəfə namizəd olsa da, ala bilməyən bu istedadlı aktrisa mükafatlara və ad-sana əhəmiyyət vermirdi. Oynadığı bütün filmləri ilə pərəstişkarlarının qəlbini fəth edirdi. Bir filmdə tərəf müqabili olan aktyor Ceyms Dean ilə eşq macərası yaşayır və bu eşq onu dərindən sarsıdır. Bu vaxt o ilk ərindən boşanmışdı və özünü tənha hiss edirdi. Amma Ceymslə münasibətləri alınmır, çünki Natalyanın anası min bir cəhdlə onların münasibətini pozur və Natalyanın özünü sənətə verməsini, karyera qurmasını istəyir.

Amma aktrisa yenidən ilk əri ilə evlənir. Bütün ömrü boyu qaranlıq dənizdən və suda boğularaq ölməkdən qorxduğunu dəfələrlə ətrafındakılara söyləyən gözəl aktrisanın sonu da elə bu cür ölüm oldu. 1981-ci ildə, 43 yaşlı Natalya əri ilə bir dəniz gəzintisində həlak oldu. Gecə yoxa çıxan qadını səhərə yaxın boğulmuş halda tapdılar. Çoxları onu suya ərinin itələdiyini deyir, əri isə dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılmışdı.

***

Elvis Presley – çoxlarının canlı əfsanəsi olan Elvis həyatının son illərində çox yemək kimi bir xəstəliyə tutulmuşdı. İnanılmaz dərəcədə çox yeyən Elvis 1973-cü ildə həyat yoldaşından da boşanır. Depressiya onu daha da çox yeməyə vadar edir. 1977-ci ildə son konserti olur, çünki bu konsertdən dərhal sonra müəmmalı şəkildə ölür. Həkimlər onun ölümünün səbəbi kimi ürək çatışmazlığını göstərirlər. Hətta belə bir fikir də söylənir ki, Elvis Presley CİA-nın radikal siyasət planlarının qurbanı olub. Amma indiyədək onun ölümünə çox adam inanmır. Onun fərqli ad və fərqli sima ilə uzun müddət yaşadığı iddia edilir.

***

Şahzadə Diana - bu məhşur xanımın ölümündəki sirlər hələ də çözülməyib. İngilis xalqının sevimlisi olan Diana olduqca səmimi və xeyirxah biri olub. Bütün həyatı boyunca xeyir işlər görən Ledi Diana foroqraf və jurnalistlərin hədəfi idi. Ölümünə səbəb kimi də elə bu durumdan, yəni jurnalistlərin “hücumundan” qaçmaq cəhdi göstərilir. Daha aydın desək, guya şahzadə jurnalistlərdən qaçmaq üçün sürücüsünü sürəti həddindən artıq artırmağa məcbur edib. Amma şahzadə belə biri deyildi, ona ünvanlanan sualları həmişə cavablandırırdı və jurnalistlərlə münasibəti çox yaxşı idi.

Diana öldükdən sonra bir çox sui-qəsd nəzəriyyələri ortaya çıxdı, amma bunlardan biri gerçək ola biləcək qədər inandırıcı idi. Fransalı məhşur araşdırmaçı jurnalist Lafaille onun ölümünə aid bir sənəd tapdı və bu sənəddə şahzadənin hamilə olduğu ortaya çıxdı. Amma iddia edilir ki, uşaq şahzadənin ərindən, yəni şahzadə Çarlzdan deyildi. Çünki bu söhbətlərin mövcud olduğu dövrdə, yəni 1997-ci ildə onar rəsmi olaraq ər-arvad deyildilər, bir il öncə boşanmışdılar.

O zamanlar belə bir şaiyə də vardı ki, Diana müsəlman bir kişi ilə eşq yaşayır. Hamiləlik kağızının saxta olmadığını səhiyyə naziri də təsdiq etdi. İddiaya görə İngiltərə kral ailəsi keçmiş gəlinlərinin başqa birindən hamilə olması xəbərini ört-basdır etmək üçün bu dəhşətli qəzanı fikirləşir və həyata keçirirlər.

Lalə

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR