Həmyerlisini öldürüb soyuducuda dəfn edən tutuldu
Bizi izləyin

Qırmızı.az

Həmyerlisini öldürüb soyuducuda dəfn edən tutuldu

Dünən Sabunçu rayonu Ramana qəsəbəsi «Südçülük» masivində baş vermiş qətlin təfərrüatları bəlli olub.

Publika.az-ın Sabunçu Rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, 1988-ci il təvüllüdlü Masallı rayon sakini Seyidov Əli Cəfər oğlunu qətlə yetirən şəxs artıq rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Belə ki, Əli Seyidovu qətlə yetirdikdən sonra onun cəsədini Ramana qəsəbəsində soyuducuya qoyaraq torpağa basdıran şəxsin 1981-ci il təvəllüdlü Masallı rayon sakini Hafiz Səmədov olduğu müəyyənləşdirilib. Artıq həmyerlisini qətlə yetirən şəxs saxlanılıb. O, Əli Seyidovu borca görə qətlə yetirdiyini etiraf edib.

Faktla bağlı araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm