AVRONEST rəhbərliyinə ermənilərlə bağlı müraciət edildi
Bizi izləyin

Qırmızı.az

AVRONEST rəhbərliyinə ermənilərlə bağlı müraciət edildi

Publika.Az-ın verdiyi məlumata görə, müraciətində 2-4 aprel tarixində AVRONEST PA-nın Bakı sessiyasına toxunan millət vəkili bu işin təşkilində dəstəyə görə qurum rəhbərliyinə təşəkkürünü bildirib:

"Bu sessiyanın Azərbaycanda keçirilməsi Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasındakı dostluq və bərabərliyin göstəricisi idi və əminəm ki, bu, düzgün istiqamətdə atılmış addım idi. Biz düşünürük ki, AVRONEST PA tərəfdaşlığının inkişaf etdirilməsində çətinliklərin meydana çıxa bilməsinə baxmayaraq, bu təşəbbüsün əsaslandığı başlıca dəyər və prinsiplərə sadiq qalmağın vacibliyi qeyd edilməlidir. Belə ki, bizim üçün söz və ifadə azadlığı birinci dərəcəlidir".

Elxan Süleymanov qeyd edib ki, AVRONEST PA sessiyası dövründə Bakıya gələn Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirdik və sessiya zamanı onların təhlükəsizliyinin yüksək peşakarlıqla Azərbaycan tərəfindən tam təmin edilməsindən məmnun olduq. Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Hovannisyan etiraf edib ki, "onlar Azərbaycan deputatları, təhlükəsizlik xidmətinin işçiləri və ətraflarında olanlar tərəfindən heç bir agressiyanın şahidi olmamışdırlar". Beləliklə, sessiya müddətində biz bütün qonaqlarımızın təhlükəsizliyi və rifahının qeydinə qalaraq, Ermənistan nümayəndə heyətinin üzvləri də daxil olmaqla bütün qonaqlarla bərabər davranan ev sahibi olmağa çalışdıq və hesab edirəm ki, buna nail ola bildik".

Lakin AVRONEST PA-dakı Azərbaycan nümayəndə heyətinin sədri təəssüflə bildirib ki, Ermənistan nümayəndə heyəti sessiya başa çatdıqdan sonra Yerevanda keçirdikləri mətbuat konfransında sessiyanın gedişatı ilə bağlı təhrif edici fikirlər söyləyiblər və sessiya zamanı əldə edilmiş uğurları şübhə altına almağa çalışıblar:

"Ermənistan nümayəndə heyətinin rəhbəri bildirir ki, "bütün dövlət qurumları və agentliklərinin divarlarında Qarabağın da daxil edildiyi xəritələr asılmışdı. Beləliklə, hakimiyyət orqanları əhaliyə onların unutmaq istədiyi "Böyük Azərbaycan" fikrini xatırlatmağa çalışırlar". Bununla bağlı vurğulamalıyam ki, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın dövlət müstəqilliyi keçmiş SSRİ-nin tərkibinə daxil olduğu sərhədlər çərçivəsində tanınmışdır. Odur ki, həm tarixi,

həm də hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycan ərazisinin tərkib hissəsidir və bizim xəritələrimiz bütün beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, NATO və AŞPA-nın divarlarında görə biləcəyiniz xəritələrlə tamamilə eynidir. Aydındır ki, ictimaiyyətə belə bəyanatlar vermək absurddur və bu, yalnız Ermənistanın ölkəmizə qarşı davam edən düşmənçiliyini və beynəlxalq təşkilatların fikrinə etinasızlığını sübut edir".

Millə vəkili vurğulayıb ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin plenar iclasdakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında söylədiyi fikirləri şübhə altına alıb:

"Xatırlatmaq istərdim ki, cənab Prezident öz nitqində bu münaqişə ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, Avropa Parlamentinin, AŞPA-nın qətnamələrində öz təsdiqini tapmış faktları Assambleya üzvlərinin diqqətinə çatdırıb, 25-26 fevral 1992-ci il tarixdə Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətləri soyqırım cinayəti olduğunu, Xocalı soyqırımını "barbarlıq aktı və faşizmin təcəssümü" kimi dəyərləndirib. Odur ki, Ermənistanlı həmkarımızın Azərbaycan Respublikasının Prezidentinə qarşı "müharibəyə təhrik vasitəsilə siyasi dividendlər qazanması" kimi əsassız ittihamlar irəli sürməsi qətiyyən yolverilməzdir".

Müraciətdə xüsusilə qeyd olunur ki, prezident İlham Əliyev dəfələrlə müxtəlif tribunalardan Azərbaycan Respublikasının özünümüdafiə hüququnun olmasına baxmayaraq, münaqişənin dinc yolla həllinə nail olunmasının və bu məqsədlə danışıqlar prosesinin davam etdirilməsinin vacib olduğunu bəyan edib.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm