Qırmızı.az
Prezident İlham Əliyev bp şirkətinin icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 17-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul
edib.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə bp şirkəti
arasında əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı,
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında işlərin icrasından
məmnunluq ifadə olundu, bu ilin sentyabrında “Cənub” qaz dəhlizinin
təməli qoyulduqdan sonra layihə üzrə işlərin müvəffəqiyyətlə
aparıldığı bildirildi. Əminliklə qeyd olundu ki, Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında bu layihə ilə
bağlı əməkdaşlıq uğurla davam etdiriləcəkdir.
Prezident İlham Əliyev və icraçı direktor Robert Dadli
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında
tərəfdaşlıq əlaqələrinə söykənən əməkdaşlığın bundan sonra da davam
etdiriləcəyinə ümidvar olduqlarını bildirdilər.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?