Hacı İbrahim ABŞ-da mühüm görüşlər keçirib – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim ABŞ-da mühüm görüşlər keçirib – FOTOLAR

Azərbaycanın nüfuzlu iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbərlik etdiyi “Avesta Concern”in nümayəndə heyəti dekabrın 8-dən 13-dək Amerika Memarlıq İnstitutu, Florida ştatının Qubernatorluğu və “Green Point İnternational”ın təşkilatçılığı ilə keçirilən Mayami İnşaat və Memarlıq Həftəsində iştirak etmək üçün Birləşmiş Ştatlarda səfərdə olub.

Publika.az-ın məlumatına görə, Mayami İnşaat və Memarlıq Həftəsi təşkilatşılarının dəvəti ilə tədbirə qatılan “Avesta Concern”in nümayəndə heyətinə tədbir iştirakçıları tərəfindən böyük diqqət göstərilib.

Mayami İnşaat və Memarlıq Həftəsi çərçivəsində keçirilən böyük layihələrinin təqdimatına həsr olunmuş tədbirdə “Avesta Concern”in “Khazar İslands” layihəsi də təqdim olunub və təqdim olunan layihələr işərisində tədbir iştirakçılarının ən çox marağına səbəb olan layihə olub. Bunun nəticəsi olaraq bir neçə şirkət “Avesta Concern” ilə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

Tədbir çərçivəsində bir neçə şirkətlə gələcək əməkdaşlıqla bağlı niyyət protokolu da imzalanıb.

Mayami İnşaat və Memarlıq Həftəsində fəal iştirak edən “Avesta Concern”in nümayəndə heyəti ABŞ sərmayəsinin Azərbaycan cəlb edilməsi ilə bağlı da önəmli danışıqlar aparıblar.

Amerikalı sərmayəçilər Azərbaycana sərmayə qoymaqda maraqlı olduqlarını, “Khazar İslands” layihəsi çərçivəsində əməkdaşlığın bu yolda uğurlu addım ola biləcəyini qeyd ediblər.

Bundan başqa amerikalı iş adamları Azərbaycanlı iş adamları ilə birgə ABŞ-da əməkdaşlıq edə biləcəklərini deyiblər.

Mayami İnşaat və Memarlıq Həftəsində “Avesta Concern”in “Khazar İslands” layihəsinin böyük marağa səbəb olması şəhər rəhbərliyinin də diqqətini çəkib və “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli Mayami şəhərinin Komissarı Joze “Pepe” Diaz tərəfindən görüşə dəvət edilib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlini çox hörmətlə qarşılayan Joze “Pepe” Diaza “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi haqqında geniş məlumat verilib.

Joze “Pepe” Diaz “Khazar İslands” layihəsinin onun diqqətini çox çəkdiyni, Xəzər dənizində salınan bu şəhəri görmək üçün hökmən Azərbaycana səfər edəcəyini bildirib.

Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli də ABŞ-ın dövlət xadimlərinin və iş adamlarının Azərbaycana daha çox səfər etmələrinin ölkələrimiz və xalqlarımız arasında münasibətləri daha da inkişaf etdirəcəyinə inamını vurğulayıb, Joze “Pepe” Diazı tezliklə “Khazar İslands” görəcəyini ümid etdiyini bildirib.

Joze “Pepe” Diaz Hacı İbrahim Nehrəmlini Floridada da “Khazar İslands” kimi bir layihə həyata keçirə biləciyini vurğulayıb və bunu arzu etdiyini qeyd edib.

Mayami İnşaat və Memamlıq Həftəsindəndə iştirak edən “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli Hallandeyl şəhərinin meri xanım Joy Cooper tərəfindən qəbul edilib.

Hacı İbrahim Nehrəmli Hallandeyl şəhərinin meri xanım Joy Cooperə başçılıq etdiyi şirkət və “Avesta Concern” Xəzər dənizində süni adalar üzərində saldığı “Khazar İslands” haqqında məlumat verib.

Hacı İbrahim Nehrəmli ilə görüşündən məmnunluğunu bildirən xanım Joy Cooper “Avesta Concern”in prezidentinə Hallandeyl şəhərinin rəmzi açarını təqdim edib və Hallandeyl şəhəri ilə “Khazar İslands” şəhərini qardaşlaşmış şəhər kimi görməyi arzu etdiyini bildirib.

Hacı İbrahim Nehrəmlinin başçılığı ilə Mayami İnşaat və Memamlıq Həftəsi tədbirlərinə qatılan “Avesta Concern”in nümayəndə heyyətinin bu səfəri çox uğurla keçib və “Khazar İslands” layihəsi dünyanın ən böyük dövlətində böyük marağa səbəb olub. Beləliklə, ABŞ-ın biznes dairələrinin Azərbaycana diqqəti daha da artıb. Bu isə ölkələrimiz arasında münasibətlərə müsbət təsir göstərə bilər.

“Avesta Concern”in nümayəndə heyətinin Florida ştatında keçirdiyi görüşlərdə bu ştatdakı Azərbaycanlı icmasının rəhbəri Tövhə Eminova da yaxından iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm