Beş şəhərdən biri...
Bizi izləyin

Qırmızı.az

Beş şəhərdən biri...

Bu həftə “Bakı 2020” Təşkilat Komitəsi canlı video-konfrans vasitəsilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ekspertlər qrupuna Bakının namizədliyinin təqdimatını keçiriblər.

Təşkilat Komitəsindən Publika.Az-a verilən məlumata görə, bu ilin may ayında 2020-ci il olimpiya oyunlarına 5 iddiaçı şəhər arasında rəsmi namizədlərin seçilməsi üçün BOK-un tələbinə uyğun olaraq təşkilat komitələrindən müvafiq təqdimatlar tələb olunurdu.

Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin seçimi üçün təşkil edilən belə təqdimat BOK tərəfindən ilk dəfə tətbiq edilir.

Bakı, Doha, İstanbul, Madrid və Tokio şəhərlərinin Təşkilat Komitələrinin hər biri 15 dəqiqə ərzində canlı video-konfrans vasitəsilə ərizə kitablarının texniki cəhətləri haqqında ətraflı məlumat, 30 dəqiqə ərzində isə BOK tərəfindən qaldırılan suallara cavab verməli idilər.

Gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi ilə “Bakı 2020”-nin texniki təqdimatı üçün təşkil edilən heyətdə “Bakı-2020” Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, AFFA-nın başkKatibi Elxan Məmmədov, ARDNŞ-in layihələrin idarəedilməsi şöbəsinin müdiri Elməddin Dadaşov və “Bakı-2020” ekspertlər qrupunun üzvü Devrim Kara iştirak ediblər.

BOK-un qaydalarına əsasən texniki təqdimatın məzmunu məxfi saxlanılır.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm