• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“İnternyus Azərbaycan”ın əməkdaşlarına əməkhaqları ilə bağlı ŞAD XƏBƏR

“İnternyus Azərbaycan”ın əməkdaşlarına əməkhaqları ilə bağlı ŞAD XƏBƏR

“İnternyus Azərbaycan” İctimai Birliyinin baş direktoru İlham Səfərov bank hesablarına həbs qoyulması barədə yayılan məlumatlara aydınlıq gətirib.

İ.Səfərov Publika.az-a açıqlamasında deyib ki, onların bank hesablarına hər hansı həbs qoyulmayıb: “Sadəcə olaraq, bank hesabımız iyulun 3-dən bəri dondurulub. Bu, təkcə bizə aid deyil. Bir sıra təşkilatlar var ki, onların da bank hesabları dondurulub. Biz bütün müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişik. Sadəcə olaraq, yeni mexanizm hazırlanır. Həmin mexanizm işə düşən kimi biz də lazımı sənədləri yenidən təqdim edəcəyik ki, bank hesabımız açılsın. Bank hesabımız açılandan sonra, biz qarantları qeydiyyatdan keçirəcəyik. Hesablar açılandan sonra vergiləri və maaşları da aidiyyatı üzrə köçürəcəyik”.

İ.Səfərov onu da qeyd edib ki, “İnternyus Azərbaycan”ın fəaliyyətində hər hansı məhdudiyyət yoxdur: “Bizdə heç bir problem yoxdur, hər şey normaldır. Biz maarifləndirmə işləri ilə məşğul olan ictimai təşkilatıq, indiyədək 400-ə qədər jurnalist hazırlamışıq”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR