Deputat: “Aksiya keçirmək çıxış yolu deyil“
Bizi izləyin

Qırmızı.az

Deputat: “Aksiya keçirmək çıxış yolu deyil“

"Problemlərdən çıxış yolunu mitinqlər və piketlər keçirməkdə görmək uğurlu yol deyil". Bunu Publika.Az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı bir qrup Zabrat sakininin sosial problemlərlə bağlı keçirdiyi aksiyanı şərh edərkən bildirib.


Millət vəkili xatırladıb ki, istənilən ölkədə problemlərin mövcudluğu təbii sayılmalıdır: "Sürətli inkişaf yolu götürmüş və yeni layihələrin icra olunduğu Azərbaycanda proseslərin gedişində bu və ya digər problemlərin olması gözləniləndir. Ancaq problemlərin həlli üçün daha sivil və qanunauyğun yollar seçmək lazımdır. Düşünürəm ki, həmin sakinlər qarşılaşdıqları çətinliklərlə bağlı müvafiq icra orqanları ilə məsləhətləşmələr aparıb, yaranmış vəziyyətdən çıxış yolunu
tapmalıdırlar".

Musa Qasımlı hesab edir ki, xırda sosial problemlərə görə aksiyaların keçirilməsi ilə heç nəyə nail olmaq mümkün deyil: "Əksinə, bu cür hadisələr ölkədə müəyyən dairələrin maraqlarına xidmət edir və bəziləri bundan ölkəmizin milli maraqlarını zədələmək naminə istifadə edə bilərlər".

Azər Niftiyev
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm