Bakıda sərxoş özünü binanın damından atmaq istədi
Bizi izləyin

Qırmızı.az

Bakıda sərxoş özünü binanın damından atmaq istədi

Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, sərxoş vəziyyətində olan 1986-cı il təvəllüdlü şəxs üçmərtəbəli yataqxananın damına çıxaraq özünü aşağı atmaq istəyib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Qeyd edilən şəxs aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm