Bacısını pul qarşılığında kişilərə satdı - ŞOK
Bizi izləyin

Qırmızı.az

Bacısını pul qarşılığında kişilərə satdı - ŞOK

Qadın özündən kiçik bacısını fahişəliyə məcbur edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Adanada bacasını pul qarşılığında kişilərə satan qadın polis tərəfindən yaxalınıb. O, məhkəmə qərarı ilə həbs olunub.

Əldə olunmuş bilgiyə görə, Çukurova mahalı Toros məhəlləsində yerləşən binalardan birinin mənzilinə hər gün fərqli-fərqli kişilər gəlib-gedirmiş. Bundan şübhələnən bina sakinləri məsələ ilə bağlı polisi məlumatlandırıblar. Polis dərhal həmin mənzili nəzarətə götürüb. Aparılmış araşdırmalar zamanı bəlli olub ki, bina sakinləri şübhələnməkdə haqlı olublar. Çünki qeyd olunan mənzildə yaşayan qadın özündən kiçik bacısını kişilərlə intim münasibətə vadar edib və bundan gəlir götürürmüş.

Adana Polis İdarəsinin Əxlaq Bürosunun əməkdaşları mənzilə təşkil etdikləri basqın zamanı 30 yaşlı P.G. adlı qadının yataq otağında fahişəlik etdiyinin şahidi olublar. Məlum olub ki, böyük bacı Sevil G. kiçik bacısı P.G.-ni pul qarşılığında müştərilərə satırmış. Polis əməkdaşları bacılarla birlikdə mənzildə olan kişiləri də yaxalayıb. Lakin Sevil G. fahişəlik üçün yer təmin etmək və fahişəliyə vasitəçilik etmə maddələri ilə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. P.G. isə polisə verdiyi ifadəsində böyük bacısının onu fahişəliyə məcbur etdiyini, pul qarşılığında kişilərə satdığını deyib: «Bacım müştəri tapıb mənə gətirirdi. Mən də bir gecəsi 250 lirəyə müştəri ilə birlikdə olurdum».

Polislər tərəfindən bacıların ifadələri aldındıqdan sonra onların müştəriləri sərbəst buraxılıblar. Sevil G. isə məhkəmənin qərarı ilə həbs olunub.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm