• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gənclərin mənzil problemi gündəmə gətirilir

Gənclərin mənzil problemi gündəmə gətirilir

Milli Məclisin üzvü Elman Məmmədov Azərbaycan gənclərinin mənzil probleminin gündəmə gətirilməsinə tərəfdardır.


Deputat Publika.Az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələ Azərbaycan gəncliyinin ən ağrılı problemlərindən biridir: "Etiraf olunmalıdır ki, Azərbaycan gəncliyi evsizlik problemindən əziyyət çəkir. Yüz minlərlə gəncimiz kirayələrdə yaşayır. Əlbəttə, hər hansı gənc ayda bir neçə yüz manat kirayə pulu ödəyirsə, onun sosial problemlərdən əziyyət çəkəcəyini bəri başdan söyləmək olar. Şəxsən mən bir millət vəkili olaraq dəfələrlə bu problemlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət yönəldilməlidir".

Elman Məmmədovun fikrincə, elə gənclər var ki, ev probleminə görə ailə qura bilmirlər: "Sosial ipoteka şərtləri ilə gənclərə mənzillərin verilməsi, bu məqsədlə şəhərciyin inşa edilməsi yəqin ki, yaxın illərdə həllini tapacaq. Prezident İlham Əliyev də öz fəaliyyətində bu məsələni vacib istiqamətlərdən birinə çevirib".

Seçicilərdən də bununla bağlı müxtəlif müraciətlər aldığını deyən millət vəkili xüsusən qaçqın və məcburi köçkün kateqoriyasına aid gənclərin mənzil və işlə bağlı problemlərinin həll olunmasını vacib sayır.

Azər Niftiyev,
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR