Qırmızı.az
100 milyon dollar verəcək, 25 il həbsdə qalacaq
ABŞ-ın San-Dieqo Əyalət Məhkəməsi aprelində 2-də keçirilən prosesdə məşhur meksikalı narkobaron Bencamin Arelyano Feliksə 25 il azadlıqdan məhrumetmə cəzası və 100 milyon dollar cərimə hökmü oxunub.
Publika.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə,
məhkəmə zamanı Feliks özünü təqsirli bilməyib.
Əyalət prokuroru Larri Berns məhkəmədə çıxış zamanı qeyd edib ki,
Arelyano ABŞ və Meksikada törətdiyi cinayətlərə görə, ömürlük həbs
cəzasına məhkum olunmalıdır. Onun sözlərinə görə, narkobaronun əmri
ilə işləyən insanlar daha ağır hökm cəzasına məhkum
olunmalıdırlar.
Feliks 6 qardaşı ilə birgə 80-cı illərin sonlarından "Tixuana"
narkokartelinə rəhbərlik edib. Bu narkokartel həmçinin, "Areliano
Feliksin təşkilatı" adı ilə də tanınıb. Feliksin təşkilatı
Meksikadan ABŞ-a daşınan ən böyük narkotika ticarətinə rəhbərlik
edirdi.
2002-ci ildə Meksikada saxlanılan Feliks 9 ildən sonra, 2011-ci
ildə ABŞ-a ekstradisiya olunub.
Onun həbsindən sonra narkokartelə qardaşı Ramon rəhbərlik edir.
2000-ci ildə rejissor Stiven Soderberqin çəkdiyi və 4 "Oskar"
mükafatına layiq görülən"Traffik" filmi Arelyano qardaşlarından
bəhs edir.
Publika.Az
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?