Bakı üçün əlavə 2 min hektar ərazi - Təklif
Bizi izləyin

Qırmızı.az

Bakı üçün əlavə 2 min hektar ərazi - Təklif

Son illər Bakıda irimiqyaslı şəhərsalma layihələri, yaşayış və qeyri-yaşayış komplekslərinin tikintisi geniş vüsət alıb. Artıq çoxmərtəbəli biznes mərkəzləri, yaşayış massivləri tədricən şəhər kənarına doğru irəliləyir. Bu isə öz həmin layihələr üçün əlverişli yer tapılması problemini ortaya çıxarır.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Böyük Bakının regional inkişaf planı" layihəsinin icra qrupunun rəhbəri Novruz Eldarlı Publika.Az-a açıqlamasında bildirib ki, böyük layihələr üçün əlverişli yerlərdən biri də Abşeron yarımadasındakı Böyük Şor gölünün ərazisi ola bilər: "Gölün ərazisi təxminən 2000 hektara bərabərdir. Araşdırmalar nəticəsində məlum olub ki, bu göl tarixən mövcud olmayıb və sonradan antropogen fəaliyyət nəticəsində, çirkab suların yığılması hesabına yaranıb. Bu isə Bakının ekologiyasına mənfi təsir göstərir".

Novruz Eldarlı hesab edir ki, göl tədricən qurudulmalı və tamamilə yox olmalıdır: "Artıq gölün Sabunçu dairəsi istiqamətində 48 hektara yaxın ərazidə qurudulma işləri aparılır. Burada böyük stadion tikiləcək. Amma bu, kifayət deyil. Göl kompleks şəkildə, ümumi tədbirlər planı çərçivəsində tamamilə qurudulmalıdır və yerində müasir şəhərsalmanın tələblərinə uyğun işlər görülməlidir. Bu göl gələcəkdə düz şəhərin mərkəzində qalacaq. Həm də ətrafda normal yol infrastrukturu yaradılıb. Metronun "Koroğlu", "Dərnəgül", "Ulduz" stansiyaları yaxınlıqda yerləşir. Burada həm yaşayış massivləri, həm də müxtəlif ali məktəblərin düşərgələrini, inzibati-idarəetmə binalarını, kommersiya mərkəzlərini, ümumiyyətlə müxtəlif təyinatlı layihələri həyata keçirmək mümkündür".

Böyük Şor gölü nisbətən dayaz göllərdəndir və suyun altında təxminən 1 metr hündürlüyündə lil qatı var.

Ərazidə tikilməkdə olan 65 min tamaşaçı tutumlu olimpiya stadionunu Türkiyənin TOCA şirkəti inşa 3 edir. Şirkət ətraf ərazilərdə müxtəlif layihələri infrastruktur layihələri də həyata keçirməyi planlaşdırır.


Ramin
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm