Qərb saç düzümünə görə 59 gözəllik salonu bağlandı
Bizi izləyin

Qırmızı.az

Qərb saç düzümünə görə 59 gözəllik salonu bağlandı

İran polisi son bir ayda Urmiyədə 53, Təbrizdə isə 6 qadın gözəllik salonunu bağlayıb.

Publika.az-ın məlumatına görə, bu barədə İranın rəsmi xəbər agentlikləri məlumat yayıb.

Qərbi Azərbaycan vilayətinin İctimai Təhlükəsizlik Polisinin komandiri polkovnik Rəhim Cahanbəxşin sözlərinə görə, Urmiyədə 53 gözəllik salonu qərbə məxsus qeyri-islami saç modellərini təqdim etdyi, qəhvə ilə fala baxmağa və sağlamlığa zərərli materiallardan istifadə ediyinə görə bağlanıb.

Polkovnik Cəhanbəxş həmçinin bu bərbərxanalarda qiymətlərin də yüksək olduğuna işarə edib. O, polisin bütün gözəllik salonlarına ciddi nəzarət etdiyini vurğulayıb.

Bununla yanaşı, Şərqi Azərbaycan polisinin ümumi məkanlara nəzarət şöbəsinin komandiri Murtəza Qurbaninin sözlərinə görə, Təbrizdə “ictimai normalara uyğun olmayan” 6 gözəllik salonu və 5 internet kafe bağlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm