SOS: Azərbaycanda bu xəstəlik sürətlə artır
Bizi izləyin

Qırmızı.az

SOS: Azərbaycanda bu xəstəlik sürətlə artır

Ölkənin şimalında hemodializ xəstələrinin sayı durmadan artır.

Axar.az-ın məlumatına görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən sakinlərin sayı ötən ilə nisbətən daha çoxdur.

2013-cü ildə yaradılan Xaçmaz Hemodializ Şöbəsində 38 hemodializ xəstəsi müalicə alır. Halbuki bir il öncə bu rəqəm 32 olub. Şöbənin müdiri Rafiq Xankişiyev Regional TV-yə bildirib ki, xəstəliyin yayılmasının əsas səbəblərindən biri həkimə vaxtında müraciət edilməməsi və xəstəliklərin düzgün müalicə olunmamasıdır.

Gəncədə isə vəziyyət daha acınacaqlıdır. 2013-cü ilin dekabrından istifadəyə verilən Hemodializ Mərkəzində 240 nəfər müalicə olunur. Mərkəz rəhbərliyinin sözlərinə görə, 137 xəstə həftədə 3 dəfə dializ alır. Qalan xəstələr isə həftədə 1 və ya 2 dəfə dializ seansları qəbul edir. Bu xəstələr hər ay innovasiya və təhcizat sistemi tərəfindən daima pulsuz şəkildə dərmanlarla təmin olunurlar.

Məlumat üçün bildirək ki, seans zamanı xəstənin arterial qanı xüsusi iynə ilə bədəndən filtrlərə xaric olunur. Bu zaman qanda 60-65 faiz zəhərin miqdarı azalır. Bu da xəstəyə 48-72 saat ərzində normal fəaliyyəti davam etdirməyə imkan verir. Xroniki böyrək çatışmazlığı sağalması mümkün olmayan xəstəlikdir və çıxış yolu kimi xəstələrə ancaq böyrək köçürülməsi göstərilir. Bu da külli miqdarda vəsait tələb edir.

Hazırda Azərbaycanda 2300-dən artıq hemodializ xəstəsi var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm