Nazir şagirdlərin mütaliəsi ilə bağlı əmr verdi
Bizi izləyin

Qırmızı.az

Nazir şagirdlərin mütaliəsi ilə bağlı əmr verdi

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə əmr verıb.

Publika.az-ın məlumatına görə, əmrdə son zamanlar ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi əvvəlki dövrlərlə müqayisədə zəifləyib.

Əmrə əsasən, hər il yenilənməklə şagirdlərə mütaliə edilməsi tövsiyə olunan Azərbaycan və xarici ölkə yazıçılarının əsərlərinin təxmini siyahısının hazırlanmalı, məktəb kitabxanalarının yeni nəşrlərlə zənginləşdirilməli, bunlarda dərs ili ərzində bədii əsərlərin oxusunun və müzakirəsinin təşkil edilməldidir.

Əmrdə qeyd edilib ki, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri şagirdlərin mütaliəyə həvəsləndirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına yönəlmiş fəaliyyət planı hazırlayıb icrasını təmin etməlidirlər.

Şagirdlərin müasir Azərbaycan yazıçıları ilə görüşləri keçirilməli, bu prosesdə şagirdlərin həmin yazıçılar və onların əsərləri haqqında məlumatlandırılmali, müvafiq təbliğat işləri həyata keçirilməlidir.

Müəssisələr məktəblərdə “Ən fəal oxucu”, “Bədii əsər haqqında ən yaxşı inşa”, “Bədii əsər barədə ən mükəmməl rəy” müsabiqələrinin, ədəbi-bədii qiraət gecələrinin, hekayə axşamlarının keçirilməsi və qaliblərin rəğbətləndirilməsini təmin etməlidirlər.Şagirdlərin oxuduqları və ya oxuyacaqları əsərlər əsasında hazırlanmış teatr tamaşalarına aparılması və onların müzakirəsinin keçiriləcək. Oxuduqları əsərlər üzrə məktəblərdə şagirdlərin iştirakı ilə fraqmentlər şəklində səhnələşdirilmiş tamaşa nümunələrinin təşkil edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm