• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Kənd sakinləri prezidentə təşəkkür etdi – FOTOLAR

Kənd sakinləri prezidentə təşəkkür etdi – FOTOLAR

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Mollaməhərrəmli kəndində səyyar qəbul-görüş keçirib.

Publika.az-ın məlumatına görə, səyyar qəbulda rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.

Alı Alıyev qeyd edib ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.

Alı Alıyev deyib ki, Mollaməhərrəmli kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər.

Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR