Qırmızı.az
Dünyanı sarsıdan 50 həqiqət - SİYAHI
Publika.Az həmin 50 faktın özətini oxucularına təqdim edir.
1. Yaponiyada qadınların orta yaş həddi 84, Bostvanada isə 39
ildir
2. ABŞ və İngiltərə erkən yaş dövründə hamiləliyə görə dünyada
birinci yeri tuturlar.
3. Çində 44 milyon qadın itkin düşmüş hesab edilir.
4.Braziliyada fahişə qadınların sayı Braziliya ordusunun sayından
çoxdur.
5. 2002-ci ildə edam faktlarının 81%-i ABŞ, Çin və İranın payına
düşüb.
6. İngiltərədə supermarketlərin müştərilər haqqındakı informasiyası
hökumətinkindən daha çoxdur.
7. ABŞ da hər inəyin saxlanılması üçün ayrılan gündəlik 2.5 dollar
Afrika ölkələrinin 75 %-nin gündəlik gəlirindən daha çoxdur.
8. 70-dən çox ölkədə eyni cinslərin cinsi əlaqəsi qadağan edilib,
9-da isə bu işə görə, ölüm cəzası kəsilir.
9. Dünya əhalisinin beşdə birinin gündəlik gəliri 1 dollardan
azdır.
10. Rusiyada hər il 12 min qadın cəmiyyət və ailədaxili problemlər
səbəbi ilə intihar edir
11. 1 ildə 13.2 milyon amerikalı estetik əməliyyat keçirir
12. Piyada əleyhinə minaların partlaması nəticəsində hər saat bir
adam ölür və ya şikəst olur.
13. Hindistanda 44 milyon uşaq işçi var
14. Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq konsentrat
yeyir
15. Dünyanın ən çox pul qazanan idmançısı qolfçu Tiger Vudz ildə 78
milyon dolar qazanır. Bu isə saniyədə 148 dollar deməkdir.
16. Amerikada 7 milyon qadın, 1 milyon kişi qida pozğunluğundan
əziyyət çəkir
17. 15 yaşlı ingilis gənclərinin yarısı narkotiklərdən istifadə
edir, dörddə biri isə siqaret çəkir
18. Dünyada şişman əhalinin üçdə biri inkişaf etməkdə olan
ölkələrdə yaşayır
19. Vaşinqtondakı lobbi “sənayesində” 67 min nəfər işləyir. Hər
seçilmiş konqresmenə 125 nəfər lobbist düşür.
20. Avtomobillər dəqiqədə 2 insanı öldürür.
21. 1997-ci ildən indiyə qədər ABŞ-da abort klinikalarında 80 min
zorakılıq və zorlama faktı qeydə alınıb
22. McDonalsın qızıl kəmərini tanıyanların sayı xristian tacını
tanıyanlardan daha çoxdur.
23.Keniyada hər bir ailənin əldə etdiyi qazancın üçdə biri rüşvətə
xərclənir.
24. Dünyada qanunsuz narkotik maddələrin dövriyyəsindən olan qazanc
illik 400 milyard dollar təşkil edir.
25.Amerikalıların üçdə biri yad planetlərdən gələnlərin olmasına
inanır.
26. Dünyada 150-dən çox ölkədə işgəncə vermə adəti mövcuddur.
27. Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon adam ac
qalır.
28. Amerikada qara dərililərin həbsxanaya girmə ehtimalı yüzdə
33-dür.
29. Dünyanın üçdə birində müharibə vəziyyəti hökm sürür.
30. Neft ehtiyatları 2040-cı ildə tükənə bilər.
31.Dünyada siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan
ölkələrdə yaşayır.
32.Dünya əhalisinin 45%-i telefon-kommunikasiya sistemi ilə təmin
olunmayıb
33.Dünyadakı müharibələrin dörddə biri təbii ehtiyatlar uğrunda baş
verib.
34. Afrikada QİÇS-ə yoluxanların sayı 30 milyon nəfər təşkil
edir.
35. Hər il 10 dil ölür.
36. İntihar nəticəsində ölənlərin sayı silahlı münaqişələrdə
ölənlərin sayından daha çoxdur.
37. ABŞ-da həftədə orta hesabla 88 şagird sinfə silahla girir.
38. Dünyada ən azı 300 min nəfər şəxsi fikir və düşüncələrinə görə
həbsxanalara salınıb.
39. Hər il dünyada 2 milyon gənc qız və qadın sünnət edilir.
40. Dünyada 300 min uşaq silahlı münaqişələrin iştirakçısıdır.
41. İngiltərədə 2001-ci ildəki seçkilərdə 26 milyon, Pop-idolun ilk
mövsümündəki seçkilərdə isə 32 milyon şəxs səs vermişdir.
42. ABŞ pornoqrafiyaya ildə 10 milyon dollar pul xərcləyir.
43. ABŞ öz hərbi xərcləri üçün özünə təhlükəli qəbul etdiyi 7
ölkənin büdcəsindən 33 dəfə çox pul ayırır.
44. Dünyada 27 milyon qul var.
45. Amerikalılar hər saat zibil qutularına 2. 5 milyon plastik qab
atırlar. Üç həftə ərzində isə bu, Yerlə Ay arasındakı məsafə
uzunluğunda plastik qab deməkdir.
46. Hər bir sadə ingilis vətəndaşı gündə ən azı 300 dəfə kamera
qarşısından keçir.
47. Hər il 120 min qadın və gənc qız Qərbi Avropa ölkələrinə
satılır.
48. Yeni Zelandiyadan İngiltərəyə gətirilən 1 ədəd kivi atmosferə
öz ağırlığından 5 dəfə çox kükürd qazının buraxılmasına səbəb
olur.
49. ABŞ-ın BMT-yə olan borcu 1 milyard dollardır.
50.Yoxsul ailələrin uşaqlarının psixoloji sarsıntı keçirmə ehtimalı
imkanlı ailələrin uşaqlarına nisbətdə 3 dəfə çoxdur.
Publika.Az
2012-03-29 14:30:00
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır