Həmyerlimiz Türkiyə ictimaiyyətini heyrətləndirdi (FOTO)
Bizi izləyin

Qırmızı.az

Həmyerlimiz Türkiyə ictimaiyyətini heyrətləndirdi (FOTO)

Türkiyənin İstanbul şəhərində “Niş Art” galereyasında Tünzalə Məmmədzadə və tələbələrinin “İpəkdə yaşayan izlər” adlı rəsm sərgisi keçirilib. Publika.az-ın məlumatına görə, sərgidə Tünzalə Məmmədzadə və tələbələri Elmar Məmmədzadə, Mahizər İbadzadə və Fərid Salamlının şəffaf ipək üzərində yaratdıqları 50-yə yaxın əsərləri nümayiş olunub.


Sərgidə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Azərbaycan Respublikasının İstanbuldakı konsulu Esmira Hüseynova, “Yeditepe” Universitetinin dosenti Teymur Rzayev, Türkiyede yaşayan azərbaycanlı rəssamlar Ədalət Qarayev, Əbülfəz Fərəcoğlu sərginin açılışında çıxış edərək rəssamın yaradıcılığının Azərbaycan rəssamlığında yeni yol olduğunu vurğulayaraq sərgilənən əsərləri yüksək dəyərləndirib və uğurlar arzulayıblar. Sərginin açılışında Ziyadxan Əliyev Rəssamlar İttifaqının Təbrikini rəssama təqdim etdi.


Sonda rəssam Tünzalə Məmmədzadə başda Ziyadxan Əliyev olmaqla sərginin açılışında çıxış edən qonaqlara təşəkkürünü bildirib, xarici ölkələrdə də Azərbaycan rəssamlığını layiqincə təmsil edəcəyini söyləyib.


Qeyd edək ki, Tünzalə Məmmədzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Marmara Universitetinin doktorantura pilləsində təhsil alır. Yaradıcılığını Türkiyə Cumhuriyyətində davam etdirən həmyerlimiz rəssam Tünzalə Məmmədzadə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək şəffaf ipək üzərində rəsm əsəsrləri yaradan ilk rəssamdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm