Nazir vəd verdi: 6 minə yaxın əlilə və şəhid ailəsinə ev veriləcək
Bizi izləyin

Qırmızı.az

Nazir vəd verdi: 6 minə yaxın əlilə və şəhid ailəsinə ev veriləcək

Növbəti 4 il ərzində 5731 əlil və şəhid ailəsinə ev veriləcək.

Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Yevlax rayonunda Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy, Yevlax və Ağdaş rayonlarının sakinlərini qəbul edərkən məlumat verib.

Prezidentin sərəncamına əsasən aparılan bu işlər çərçivəsində hazırda 52 rayonda 353 ədəd fərdi evin inşa edildiyini deyən nazirin sözlərinə görə, Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərindəki çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq Azərbaycan Respublikasının ərazü bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşununu müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə verilməsi üçün sənədləşmə işləri artıq yekunlaşıb və yaxın günlərdə bu prosesə start verilməsi nəzərdə tutulur.

S.Müslümov nəzərə çatdırıb ki, cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin (ümumilikdə 1453 nəfər) qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması, nəqliyyat vasitəsi ilə bağlı müraciətlərin artmasına səbəb olub. Lakin burada qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib. Bu sahədə şəffaflığın təmin olunması üçün tibbi göstəriş əsasında növbəyə dayanan şəxslər dərhal nazirliyin rəsmi internet saytındakı müvafiq növbəlilik siyahısına daxil edilir və 2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək.

Qəbulda S.Müslümov hər bir müraciətdə əksini tapan məsələlərin diqqətlə araşdırılması və ədalətli həlli ilə bağlı nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm