“Avronest“in Bakı iclasını pozacağıq“ - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Avronest“in Bakı iclasını pozacağıq“ - AÇIQLAMA

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Avronest Parlament Assambleyasının növbəti iclası aprelin 2-dən 4-dək Bakıda keçiriləcək. Bakı sessiyasında Avronest PA-nın Avropa Parlamenti komponenti və Ukrayna, Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətləri tam tərkibdə iştirak edəcəklər.

Azərbaycan tərəfi Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə təminat verib.
Akif Nağının sözlərinə görə, aprelin 2-si Kəlbəcərin işğal tarixi olduğundan həmin gün Şəhidlər Xiyabanı ziyarət olunacaq, daha sonra Avronest Parlament Assambleyasının Bakı sessiyası keçirilən otelin qarşısında aksiya təşkil olunacaq: "Plakatlar qaldırılmağı düşünürük və konfransın işini pozmağa çalışacağıq. "Erməniləri Bakıya dəvət edənlərə ar olsun!", "Erməni daşnaklarına yox deyirik", "Erməni caniləri beynəlxalq tədbirlərə qatılmamalıdır" kimi şüarlar da səsləndiriləcək".

Akif Nağı aksiyaya 50-dən artıq QAT və "Azad Qarabağ uğrunda" alyansın üzvlərinin qoşulacağını bildirib.

Nərgiz
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm