Dəmiryol stansiyasında yanğın, 2 maşinist zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Dəmiryol stansiyasında yanğın, 2 maşinist zəhərləndi

Bakıda dəmiryol stansiyasında elektrovoz yanıb, xəsarət alanlar var.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Bakının Binəqədi rayonunda Biləcəri qəsəbəsindəki dəmiryol stansiyasının ərazisində elektrovozun mühərrik hissəsində yanğın baş verib.

Nəticədə tüstüdən zəhərlənən maşinist İlqar Cavadov və Arif Mahmudov xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla əlaqədar araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm