Qırmızı.az
Pənah Hüseyn: “Köhnəlmiş valı təkrar oxudurlar”
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn Publika.Az-a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamasına münasibət bildirərkən belə deyib.
Siyavuş Novruzov Trend-ə bildirib ki, Azərbaycan müxalifəti
fəaliyyətini hava ilə əlaqədar qurur: "Yəni hava sərin olanda öz
qərargahlarına yığışırlar, hava istiləşəndə isə mitinq haqqında
düşünürlər. Yəqin ki, yenə yay istirahətlərini xaricdən aldıqları
maliyyə ilə təmin etmək üçün bir-iki mitinq keçirtmək
fikrindədirlər".
Pənah Hüseynin sözlərinə görə, bu tip ittihamlara dəfələrlə cavab
verilib: “Biz indi yaranmış yeni ictimai-siyasi vəziyyəti
dəyərləndirir, ona uyğun hərəkət edirik. Məqsədimiz 2012-ci ildə
Azərbaycanda köklü dəyişikliklərə nail olmaqdır. İctimai Palatanın
hazırladığı “Yol xəritəsi” 2013-cü il prezident seçkilərinə qədərki
dövrə münasibətimizi ifadə edir. Hesab edirik ki, bu islahatların
həyata keçirilməsi üçün zəmin var”.
Pənah Hüseynin fikrincə, İctimai Palatanın aprelin 8-nə təyin
elədiyi mitinq 2005-ci ildən bu yana müxalifətin ən böyük mitinqi
olacaq: “Bu nə birinci aksiyadır, nə də sonuncu olacaq”.
Rüfət Əhmədzadə
Publika.Az
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb