Azərbaycanda cinsini dəyişənlər: harada və neçəyə
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda cinsini dəyişənlər: harada və neçəyə

Azərbaycanda kişinin qadına, qadının kişiyə çevrilməsi, yəni cinsiyyətin dəyişdirilməsi qanunla qadağandır. Amma bu qanuna bir çox hallarda özəl klinikalar məhəl qoymur. Rəsmi şəkildə icazə verilməsə də, sosial şəbəkələrdə əməliyyat olunaraq cinsiyyətini dəyişən yerli “üzdəniraqlar”a addımbaşı rast gəlmək mümkündür. Maraqlıdır, qanun icazə vermirsə, bəs Kamillər necə Kama olurlar?

Söhbət cinsiyyətin dəyişdirilməsindən gedir. Yəni bu günün kişisi sabahın incə belli, uzun saçlı qadını və yaxud bu günün zərif qadını sabahın üzü tüklü, enli kürək kişisi!!!

Publika.az xəbər verir ki, AzVision.az Azərbaycanda cinsiyyətin dəyişdirilməsi ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı cinsiyyətin hansı klinikalarda, neçəyə dəyişdirilməsi ilə bağlı maraqlı faktlar əldə edilib.

Özəl klinikalarda isə milyonlarla manata cinsiyyət dəyişdirilir.

“Ondakı matkadır, yoxsa kişi cinsiyyət üzvü... Yumurtalığı, yoxsa toxumluq kanalı var. Fərq etməz birini kəsib, birini saxalayırıq. Translardan hər gün zəng gəlir. Əməliyyatdan heç kimin xəbəri olmur”.

İlk getdiyimiz ünvan Nəsirəddin Tusi adına Klinika oldu.

Klinikanın həkimləri əməkdaşımızla söhbətində cinsiyyət dəyişmək üçün müraciət edənlər olsa da, onlar bu əməliyyatları keçirmədiklərini bildirirlər.

Buna səbəb isə onlarda lazımi “kəsib-tikmək alətləri” və “texnikalar”ı yoxdur:

“Həmin şəxslərə yalnız psixoloji yardım göstərə bilərik. Bizdə bu əməliyyat olunmur. Plastik əməliyyat keçirən xəstəxanalarda bu mümkündür. Əməliyyatdan öncə həmin şəxsi seksopotoloqa aparmaq lazımdır. Hormanları yoxlanmalıdır. Bizim bu işlə məğul olan həkimimiz yoxdur. Sırf estetik cərrah lazımdır. Həmin şəxslər əməliyyat olunurlar. Amma yenə də nə qadın kimi qadın, nə də ki kişi kimi kişi olacaqlar. Elə xəstələr Bakıdan uzaqlaşdırılsa, daha yaxşı olar”.

Klinikanın adını açıqlamadığımız həkimi qeyd edib ki, Bakıdakı özəl klinikalarda belə əməliyyatlar aparılır. Xətai və İstanbul FBM klinikaları bu işlərlə məşğuldurlar.

Təbii ki, bəri başdan bilirdik ki, özümü jurnalist kimi təqdim etsəm, müraciət etdiyimiz klinikalar “bizdə belə əməliyyatlar keçirilmir” deyə cavab verəcəkdilər.

Üz tutduq Xətai Estetik Klinikasına... Əməkdaşımız tanışının cinsiyyətini dəyişmək istədiyini əsas gətirərək bunun mümkün olub-olmadığını dəqiqləşdirməyə çalışıb:

Klinikanın estetik cərrahının sualımıza ilk cavabı belə oldu:

“Sizdən bir saat öncə əzilib-büzülən, incə səsli bir kişi zəng vurmuşdu. O, cinsinin dəyişdirilməsini istəyirdi. Telefonda o qədər əzilib-büzüldü ki, vəziyyətinin çox ağır olduğunu fikirləşdik”.

Elə xəstəxananın girişindəcə məlum oldu ki, “əsil axtardığımız ünvan”a gəlmişik. Bütün xəstələrin əllərindən gəlib-keçdiyi xəstəxana işçiləri olan qızlar belə əməliyyatların aparıldığını və heç bir problemin olmadığını söylədilər. Onların bildirdiklərinə görə, bu xəstəxanda cinsiyyət dəyişdirmək istəyənlərin də bəxtəvərləri də olur.

Belə ki, biseksuallarda (iki cinsiyyət üzvlü ) asanlıqla bir cinsiyyət üzvü kəsilir və təkcinsiyyətli bir şəxs yaradılır:

“Bizə bu əməliyyata görə yaxınlaşan xeyli sayda adam var. Matkası və o biri cinsiyyət orqanı varsa, bu daha asan olacaq. Oturub həkimi gözləyin...”



Nəhayət, sözügedən məşhur türk həkim əməliyyatını bitirib gəldi və başladıq söhbətə: “Xəstəni əvvəl görmək istəyirəm”.

Məlum oldu ki, az yaşlı birisi üzərində belə bir əməliyyat aparmaq üçün bir az gözləmək lazımdır. Çünki azyaşlılarda inkişaf gedir: “18 yaşdan sonra bu əməliyyat edilsə, yaxşıdır”.

Həkimin bildirdiyinə görə, bu əməliyyatı aparmazdan öncə lazımi məhkəmə orqanlarından icazə kağızı və ən azı 3 ayrı-ayrı psixoloqdan rəy almaq lazımdır. Onun sözlərinə görə, əməliyyat çox ağırdır. Bunun üçün müəyyən şərtlərə əməl edilməlidir:

“Bu çox çətin bir əməliyyatdır. Əməliyyat 6 saat çəkə bilər. Əgər çətin olsa, İstanbula göndəririk. Biz bu əməliyyatları çox etmişik. Əsasən isə 25-30 yaşlı şəxslərin cinsiyyətini dəyişdirmişik. 15 yaşlı və yaxud daha azyaşlıları əməliyyat etmirik. Çünki onlarda inkişaf gedir. Burada sadəcə estetik əməliyyatlar aparırıq”.

Bəs əməliyyat necə aparılır?

“Biz əvvəlcə aşağı bölgədə əməliyyat aparırıq. Bu əməliyyatı aparmaq üçün bədənin başqa yerlərində kəsim aparmırıq. Həmin əməliyyat zamanı mikroskopdan istifadə edirik ki, xəstənin damarlarına zərər dəyməsin. Əməliyyat zamanı hüceyrələrə də zərər dəyməməlidir. Bir az texniki, alət çatışmazlıqlarımız var”.

Əməliyat təkcə kəsib-tikməklə yekunlaşmır. Belə əsas işlər bundan sonra başlayır:

“Belə əməliyyatlar çox etmişəm. Heç bir problem olmaz. Əməliyyatdan sonra həmin şəxsə hormon müalicəsi etmək lazımdır. Sinə və üz əməliyyatları vacibdir. Onun kişiyə bənzəməsi üçün burun əməliyyatı edilməlidir. Əməliyyatdan sonra həmin şəxsin üz hissəsinə müəyyən implantlar qoymaq lazımdır. Döş hissəsinə isə protezlər qoyuruq. Bunlar hamısı əlavə xərclər tələb edir”.

Kimlər bu əməliyyata gedirlər?

“Cinsiyyətini dəyişdirmək istəyən kişi qız kimi olmalıdır. O, psixoloji olaraq da özünü qadın kimi hiss etməlidir. O zaman əməliyyat vacibdir. Başqa yolu yoxdur. Həmin şəxslər bütün hərəkətləri özlərindən aslı olmayaraq edirlər. Elə xəstələri müəyyən hərəkətlərə görə suçlamamalıdırlar. Həmin şəxslərin istənilməyən hərəkətləri hormonlardan asılıdır”.

Bu əməliyyatı etdirmək üçün isə insanlar minlərlə dollar pul xərcləyirlər. Həkim ilk əməliyyat üçün ödənilən pulun məbləğini də açıqlayıb:

“Əgər psixoloq rəy verirsə, həmin şəxslərin cinsiyyətini 100 faiz dəyişmək lazımdır. Məhkəmədən icazə kağızı və psixoloqdan rəy alınarsa, mən əməliyyat edirəm. Azyaşlı birisini isə əməliyyat etmək üçün gözləyirəm. Bəzi insanlarda 18 yaşa qədər, bəzilərində isə 21 yaşa qədər inkişaf gedə bilir. İnkişaf bitməmiş əməliyyat etmək olmaz. Belə əməliyyat üçün İstanbul daha yaxşıdır. İstanbuldakı əməliyyatla buradakı əməliyyat arasında elə də böyük qiymət fərqi yoxdur. Cinsiyyət dəyişdirilməsi əməliyyatı bir az bahalıdır. İlk əməliyyat təxminən 10 min dollara başa gəlir. İlk əməliyyat çox önəmlidir. Bunun üçün çoxlu aparatlar lazımdır. Həmin cinsiyyət üzvünü kəsmək, başqa birisini onun yerinə tikmək üçün aparatların olması çox vacibdir. Burada əməliyyatı aparmaq üçün böyük mikroskoplar yoxdur. İlk əməliyyat üçün tələb olunan mikroskop cihazının qiymət 300-400 min manatdır. Həmin əməliyyatı adi gözlə aparmaq olmaz. Əməliyyatdan sonra həmin şəxslərə mən özüm nəzarət edirəm. Əməliyyatın harada aparılması məsələsini isə xəstəni gördükdən sonra deyə bilirəm”.



Adıçəkilən klinikada apardığımız müşahidə zamanı cinsiyyətini dəyişmək üçün həkimə müraciət edən bir neçə nəfərə rast gəldik. Onlarla həmsöhbət olmaq istəsək də, buna icazə vermədilər.

Əldə etdiyimiz digər məlumata görə, klinikada üzü tüklü, enlikürək, qalın səsli kişinin incə belli, nazik qaşlı, ehtiraslı sinəyə qadına çevrilməsi üçün cəmi 50-60 min manat pul lazımdır.

Araşdırmamızı davam etdirərək üz tutduq Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına. Burada isə bizə bildirdilər ki, orada ümumiyyətlə cinsiyyətin dəyişdirilməsi ilə bağlı heç bir əməliyyat aparmırlar.

Daha bir estetik cərrahiyyə ilə məşğul olan Istanbul FBM Estetik Klinikasında olduq.

Buradakı vəziyyət isə daha gözlənilməz oldu. Belə ki, burada da cinsiyyət dəyişməsi əməliyyatını həyata keçirən həkimlərə rast gəldik. Bu işlə məşğul olan həkimin adını öyrəndik, amma özünü xaricdə olduğu üçün görə bilmədik. Klinikadan bildirildi ki, həmin həkimin (Dr. Professor Ə.C) qəbuluna düşmək üçün fevral ayına qədər gözləmək lazımdır:

“Belə əməliyyatın burda da aparılması mümkündür. O, işlərlə həmin türk həkimimiz məşğul olur. Biz qızıq, guya nəsə etmişik ki, oğlan olub da nəsə edəcəyik? Həmin həkim bizə dedi ki, Türkiyəyə cinsiyyət dəyişdirilməsi əməliyyatı üçün gedib. Hələ belə bir əməliyyat burada edilməyib. Amma mümkündür. Əməliyyatın qiymətini isə həkim özü müəyyənləşdirir. Qiyməti isə görüləcək işdən asılı olaraq dəyişəcək. Xaricə getməyə də əsas yoxdur. Burada da mümkündür”.


Daha sonra Mərkəzi Klinikada da olduq. Orada isə estetik cərrahiyyə ilə məşğul olan bir (T.S – şərti adı) həkim çalışır. Həkim bizə bildirdi ki, belə əməliyyatlar Mərkəzi Kilinikada ümumiyyətlə aparılımır:

“Bizdə elə əmliyyatlar icra olunmur. Türkiyəyə gedilsə, daha yaxşı olar. Amma Almaniya və Avropa ölkələrində də bu əməliyyatların keçirilməsini daha uğurlu hesab edirəm”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrəndik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlamasında bildirib ki, bu əməliyyatların aparılması Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb, qadağandır:

“Dövlət və özəl klinikalarının heç birində cinsiyyət dəyişdirilməsi əməliyyatı keçirilə bilməz. Qanunvericilikdə cinsiyyət dəyişdirilməsi ilə bağlı icazə olmalıdır. Azərbaycanda aparıla biləcək əməliyyatların siyahısı mövcuddur. Hələlik belə əməliyyatlar dövlət və özəl xəstəxanalarda keçirilə bilməz”.

Bir müddət öncə isə Azərbaycanda 10-a yaxın şəxsin cinsini dəyişməsi ilə bağlı məlumatlar yayılmışdı.

Azərbaycanda bu sahədə yeganə mütəxəssis həkim – Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü mərhum Camal Əzimzadə olub (O, bir müddət əvvəl rəhmətə gedib). O, mətbuata müsahibələrində bildirib ki, ölkəmizdə cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. Belə ki, 2002-ci ildən bu günədək cinsin dəyişdirilməsi üzrə təxminən 30-35 nəfər müraciət edib. Onların arasında gənclər daha çox üstünlük təşkil edir. Müraciətlərdən isə yalnız 9-u üzrə cinsiyyət dəyişikliyi aparılıb, bunlardan da 8-i kişi, 1-i qadındır. 2012-ci ildə Azərbaycanda cinsiyyətin dəyişdirilməsi ilə bağlı bir əməliyyat belə aparılmayıb.

Qeyd edək ki, Azərbaycanda cinsi dəyişmə üzrə mütəxəssis – Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonstruktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadə ötən il dünyasını dəyişib.

Xatırladaq ki, cinsi əməliyyat keçirən ilk kişi britaniyalı Corc Cemison olub. Onun bu addımı mətbuatda böyük səs-küy doğurub. İndi onun 80-ə yaxın yaşı var, adı isə Miss Eypril Eşlindir. O aktrisa və eyni zamanda transseksualların hüquqları üzrə mübarizə təşkilatının üzvüdür.

Qonşu Türkiyədə sənətçilər Bülənt Ərsoy və Zəki Müren də cinsini dəyişən məşhurlardandır. Türkiyənin məşhur aktirası Nil Erkoçlar isə, cinsiyyət dəyişdirərək xanımlıqla vidalaşın, kişi olub. Onun yeni adı isə Rüzgar Erkoçlardır.


İslam ölkəsi olan İran cinsini dəyişən insanlara görə lider ölkələrdən biridir. Bundan başqa, cinsini dəyişənlərin regionları arasında Avropa və ABŞ əsas yeri tutur. Avropada bu cür hal normal qarşılanır, hətta Polşa parlamentində cinsini dəyişən deputat da var.


Bir neçə gün öncə isə Türkiyədə ABŞ-ın İstanbuldakı baş konsulunun evlilik xəbəri yayılıb. Baş konsul Çarlz F.Hunterin türkiyəli Ramadan Çaysevər ilə evlənəcəyi ilə bağlı iddialar yayılıb. Toy mərasiminin bu ayın sonu Amerikada baş tutacağı qeyd edilib. Artıq ABŞ Xarici İşlər Nazirliyinin homoseksual evliliyə razılıq verdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm