• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Transların tələsinə düşmüş gənc: “Məni qız adı ilə evinə çağırdı, sonra isə…” - FOTOLAR

Transların tələsinə düşmüş gənc: “Məni qız adı ilə evinə çağırdı, sonra isə…” - FOTOLAR

Müasir dövrün ən effektli və sürətli ünsiyyət vasitəsi internetdir. Məhz elə bu səbəbdən də həm bizdə, həm də bir çox digər ölkələrdə çox az sayda adam tapılar ki, ayda azı bir dəfə internetə daxil olmasın.

Hərə internetdən bir məqsəd üçün istifadə edir. Biri hansısa xəbər və ya maraqlı məqalə ilə tanış olmaq, digəri dostlarının sayını artırmaq, başqaları isə göstərdikləri intim xidməti reklam etmək üçün.

Azyaşlı uzaqlara gəlincə, onlar daha çox internetdə müxtəlif oyunlara maraq göstərir və ya porno saytlara baxmaqla günlərini keçirirlər. Söz yox ki, orta məktəb şagirdlərinin sutkanın böyük hissəsini kompüter arxasında keçirmələri onların səhhətlərinə mənfi təsir göstərməklə yanaşı, uşaqların mənəvi cəhətdən deqradasiyaya uğramasına səbəb olur.

Əslində, internet müəyyən mənada gənclərimizə də bəzi problemlər yaradır. Məsələn, tanışlıq saytlarına daxil olan şəxs özü də fərqinə varmadan göstərdikləri intim xidmətləri reklam etməyə çalışanların toruna düşür. Sözügedən mövzu ilə bağlı daha ətraflı məlumat əldə etmək məqsədilə bir sıra tanışlıq saytlarında, sosial şəbəkələrdə araşdırma apardım. Bunun üçün bəzi saytlarda qeydiyyatdan keçdim və özüm haqda qısa informasiyanı yerləşdirdikdən sonra 18-35 yaş arası qızlarla tanış olmağa başladım. Qeyd etdiyim yaş kateqoriyası üzrə axtarış apardıqda xoşagəlməz, daha doğrusu, utancverici mənzərənin şahidi oldum. Beləliklə, məlum oldu ki, əsasən “mali.ru” və “rambler.ru” saytlarının tanışlıq bölməsindəki, eləcə də odnoklassniki.ru-dakı qızların təxminən, 70-80 faizi qadın yox, transvestitdirlər.

Apardığım araşdırma zamanı bəlli oldu ki, qız adı ilə sözügedən saytlara daxil olan cinsi azlıqlar daha çox müştəri cəlb etmək məqsədilə səhifələrini qız şəkilləri ilə bəzəyirlər. Bunu sübuta yetirmək o qədər də çətin məsələ deyil. İstənilən şəxs uzağı 10 dəqiqəyə həmin saytlarda qeydiyyatdan keçmiş qızın trans olduğunu dəqiqləşdirə bilər. Bunun üçün onlara bir ismarıc göndərmək kifayətdir. Məsələn, mən hansı qıza «Salam. Necəsən?» yazdımsa, dərhal cavabında «Salam. Mən transam. Xidmət pulludur. 50 manata öz evimdə görüşürəm. Təhlükəsizliyə və təmizliyə 100 faiz təminat verirəm. İntimdən həzz almaq istəyirsənsə, mənə zəng elə. Müştərinin istəyinə görə aktiv və passiv oluram» tipli ismarıc aldım. Bundan sonra «Əgər transsansa nə üçün profilinə qız şəkli qoyubsan? Niyə əsas səhifədə trans olduğunu qeyd etməyibsən?» deyə sual verdim. Düzdür, əksəriyyəti suallarımı cavablandırmasa da, 26 yaşı olduğunu deyən “İpek” niki ilə sayta daxil olan trans «Əgər qız olmadığımı yazsam, öz şəkillərimi qoysam, onda çoxu heç səhifəmə də baxmaz. Belə olanda isə oğlanlar səhifəmə baxır və mənə mesaj yazırlar. Mən də şirin dillə onları yoldan çıxarıb evimə dəvət edirəm. Hərə bir yolla pul qazanır. Mən də belə…» dedi.

Təxminən, saatyarım ərzində 25 yaşlı “Nigar Star”, 21 yaşlı “Nigar Abbasova”, 25 yaşlı “Sultan”, 38 yaşlı “Sabo Silvi”, 24 yaşlı “Diva”, 24 yaşlı “Milashka Bakinka Ocharovashka”, 26 yaşlı “Janna İbragimova” və 18 yaşlı “Canım” niki ilə tanışlıq saytında olan «qız»larla söhbətləşdim. Məlum oldu ki, adıçəkilən şəxslər qız adı və şəkilləri ilə oğlanları şirnikləndirib öz müştərilərinə çevirirlər.

«Şəkilləri əsasən “odnoklassniki.ru”, “rambler.ru”, “loveplanet.ru” və “facebook”-dan götürürəm. Bizim ölkədən olan qızların şəkillərinə toxunmuram. Çünki sonradan buna görə başım ağrıya bilər. Odur ki, rusların və digər millətlərin şəkillərini götürüb öz profilimə əlavə edirəm» deyən translardan biri hazırda qız adı ilə 5 saxta profilinin olduğunu bildirdi. Həmin profillərin hesabına gün ərzində 5-6 nəfərə «xidmət» göstərən «qız» hər müştəridən 50-70 manat arasında pul aldığını qeyd etdi: «Müştəriləri öz evimdə qəbul edirəm. Evimin yanına çatana kimi dəqiq ünvanımı vermirəm. Yalnız pəncərədən baxıb müştərini gördükdən sonra mənzilimə çağırıram. Qonşuların şübhələnməməsi üçün qapını öncədən açıq saxlayıram. Hərdən elə olub ki, müştəri evə girəndə qız olmadığımı görüb geri qayıtmaq istəyib. Bu zaman mümkün qədər onu yola gətirməyə çalışmışam. Alınmayanda isə qapını açıq buraxmışam. Bəziləri isə belə etmir. Müştərinin başına min cür oyun açırlar. Mən belələrindən deyiləm. Düzdür, müştərini cəlb etmək üçün qız adı və şəkillərindən istifadə etsəm də, mənimlə olmaq istəməyəni məcbur etmirəm».

Məhz bu mövzu ilə bağlı Publika.az-a danışan və adının çəkilməsini istəməyən gənclərdən biri təxminən, ayyarım bundan əvvəl transların tələsinə düşdüyünü qeyd etdi. Universitet tələbəsi olduğunu deyən həmin şəxsin sözlərinə görə, “mail.ru” saytının «znakomstva» bölməsində qızla tanış olmaq niyyətində olub. Lakin bu, ona baha başa gəlib: «Cavan oğlanam. İstədim ki, saytda bir qızla tanış olum, ünsiyyət qurum. Bir sözlə, fikrim yalnız intim münasibət qurmaq olub. Buna görə də başladım qızlar arasında seçim etməyə. Demək olar ki, zövqümə uyğun olan bütün qızlara öncədən hazırladığım standart ismarıcı göndərməyə başladım. Onların arasından bir neçəsi dərhal cavab yazdı. Qadın olduqlarını, öz evlərində görüşdüklərini və buna görə 50 manat istədiklərini yazdılar». Gəncin sözlərinə görə, o, adıçəkilən saytdakı «qız»lardan biri ilə 2-3 gün danışdıqdan sonra görüşmək qərarına gəlib: «Onun mobil nömrəsini aldım. Zəng edib hara gəlməli olduğumu soruşdum. Qeyd edim ki, telefonla mənimlə danışan şəxsin səsi 100 faiz qız səsi olub. Dedi ki, «Elmlər akademiyası» metrosundan çıx, Hüseyn Cavid parkına tərəf gəl və sonra mənə zəng elə. Həmin yerə çatanda yenidən onu yığdım. Dedi ki, nazirliyin arxasındakı küçəyə gir və sağa dön. Beləcə, mənə istiqamət verə-verə mənzilinə kimi gətirdi. Qapının qarşısına çatanda gördüm ki, evin qapısı açıqdır. İçəri daxil olmağa ehtiyat etdim. Buna görə də ona zəng etdim. Dedi ki, qorxma, içəri gir. Evə daxil olanda mənzildə bir neçə nəfərin olduğunu görüb qorxdum. Geri qayıtmaq istədim, lakin artıq evdəkilərdən biri qapını açarla bağlamışdı. Həmin vaxt işə düşdüyümü anladım. Ancaq bilmirdim ki, hansı «variant»la evdən çıxım. Birdən yekəpər, uzun saçlı biri əlimdən tutub məni otağa apardı. Xarici görkəmindən aydın şəkildə görünürdü ki, o, qız yox, transdır. Otağa girən kimi yoğun səslə «Pulumu ver, gəl başlayaq» dedi. İnandırım sizi, hələ bu cür vəziyyətə düşməmişdim. Bir yandan qorxur, bir yandan da uşaq kimi aldadıldığıma görə utanırdım».

Gəncin sözlərinə görə, onunla telefonda danışan şəxs həqiqətən də qız olub: «Orda məlum oldu ki, həmin qız transın rəfiqəsidir və onlar bu üsulla oğlanlara tələ qurur, onları evə çağırır və sonra da soyub buraxırlar. Təəssüf ki, mən də onların toruna düşdüm. Transa qeri-ənənəvi oriyentasiyaya mənsub olmadığımı və buna görə də onunla olmayacağımı dedikdə, içəridəki otaqdan 3 nəfər çıxdı və mənə hədə-qorxu gəlməyə başladılar. Onlardan ikisi trans, biri isə mənimlə telefonda danışan həmin qız idi. Bu vəziyyətdə heç nə edə bilməzdim. Onlar çox, mənsə tək. Bundan başqa, məsələ böyüsəydi heç kimə haqlı olduğumu, bura əslində, qızla görüşmək üçün gəldiyimi, transla-filan işim olmadığımı sübut edə bilməyəcəkdim. Odur ki, məcburiyyət qarşısında qalıb məsələni səssiz-səmirsiz yoluna qoymağa çalışdım. Onlar məni evdən buraxacaqlarını, lakin bunun üçün cibimi boşaltmağımı tələb etdilər. Nə edə bilərdim. Başqa «variant» yox idi. Cibimdəki 180 manatı verib evdən çıxdım. Həmin gündən saytdakı qızlarla tanışlığa «yox» demişəm. Az qalmışdı ki, rüsvay olum. Yenə də yaxşı qurtardım».

Vazeh Bəhramoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR