Qırmızı.az
Prezident "Müslüm Maqomayev" gəmisinin istismara verilməsi mərasimində
Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni
Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi
mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və
Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara
Sinyavskaya mərasimdə iştirak ediblər.
Qeyd edək ki, 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin
Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Dövlət
Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək
yenidən təşkil olunması nəticəsində “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu qurumun təşkili
aparılan struktur islahatlarının mühüm tərkib hissəsi olmaqla,
ölkədə gedən inkişaf proseslərini özündə əks etdirirdi. Bu, həm də
dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların
artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit
potensialının gücləndirilməsi sahəsində daha çox nailiyyətlərin
əldə olunmasına hesablanmışdı. Digər tərəfdən yeni yaradılan
qurumun qarşısında “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında nəqliyyat sahəsində nəzərdə tutulmuş digər vacib
vəzifələrin qoyulması onun fəaliyyətinə verilən önəmi bir daha
nümayiş etdirir. Bütün bunlar da son illərdə ölkədə nəqliyyat
infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın
tranzit potensialının gücləndirilməsi üçün silsilə və kompleks
tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olub. Odur ki, son
illərdə gəmiçiliyin maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində xeyli işlər görülüb, yeni gəmilər alınıb. Artıq
istismara hazır olan “Müslüm Maqomayev” gəmisi də bu sırada mühüm
yer tutur.
Gəminin istismara verilməsinin bildirən rəmzi lenti Tamara
Sinyavskaya kəsdi.
Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı
səsləndirildi.
Daha sonra xatirə şəkli çəkdirildi.
Gəmidə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə
məlumat verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
Cəmiyyətinin sədri Rauf Vəliyev bildirdi ki, “Müslüm Maqomayev”
sürətli sərnişin gəmisinin uzunluğu 70 metr, eni 16 metr, bortunun
hündürlüyü 6 metrdir. Gövdəsi ikiqat, bütövlükdə alüminium
qatlarından yığılmış katamaran tipli gəmi təyinatına görə dünyada
həmin kateqoriyada ilk sürətli sərnişin gəmisidir. Gəminin inşası
Beynəlxalq Dənizçilik Təşkilatının sürətli gəmilərin tikintisində
tətbiq edilən HSC kodu tələblərinə uyğun olaraq, Avstraliyanın
“İncat-Tasmaniya” gəmiqayırma zavodunda 1 il ərzində həyata
keçirilib. Dəniz sınaqlarını müvəffəqiyyətlə başa vuran “Müslüm
Maqomayev” gəmisi oktyabrın 4-də Xəzər dənizinə istiqamət alıb.
Bakıya çatmaq üçün gəmi 11,486 mil məsafə qət edib. Gəmidə Müslüm
Maqomayevin xatirə guşəsi yaradılıb. Burada dünya şöhrətli
müğənninin müxtəlif fotoları yer alıb.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gəminin yüksək
keyfiyyətli alüminium gövdəsi, eləcə də son texnologiyalar əsasında
istehsal olunan güc və hərəkət mexanizmləri onun dənizdə
idarəolunma qabiliyyətinin yüksək standartlara cavab verməsinə
zəmin yaradıb. Beləliklə, Azərbaycan dənizçilərinin səyi və
məharəti nəticəsində gəmi uzun yol qət edərək dekabrın 4-də Bakı
limanına yan alıb. Əməliyyat təyinatına gəlincə, “Müslüm Maqomayev”
gəmisi dənizdə çalışan neftçilərin sərəncamına verilərək, 150
nəfərədək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz
platformalarına çatdırılması işlərini yerinə yetirəcək. Hava
şəraitindən asılı olaraq (küləyin sürəti saniyədə 17 metr, dalğanın
hündürlüyü 4 metrədək olduqda) gəmi saatda 38 dəniz milinədək
sürətlə hərəkət edə bilir.
Gəmi ilə tanışlıq zamanı SSRİ xalq artisti Tamara Sinyavskaya
dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə göstərilən
diqqətə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
Prezident İlham Əliyev Müslüm Maqomayevin bənzərsiz
yaradıcılığından danışdı, onun xatirəsinin Azərbaycan xalqının
qəlbində əbədi yaşayacağını dedi.
Tamara Sinyavskaya gəmini işə salan düyməni basdı.
Dövlətimizin başçısının diqqətinə o da çatdırıldı ki, “Müslüm
Maqomayev” gəmisinin istifadəsi xüsusi heyətin və yüklərin
dənizdəki platformalara helikopterlər vasitəsilə daşınmasını
minimuma endirəcək. Dənizçilik Təsnifat Cəmiyyətinin tələblərinə
uyğun olaraq, gəmidə tam komfort sistemi təşkil olunub ki, bu da öz
növbəsində hətta sərt hava şəraitində belə sərnişinlərin təyinat
məntəqələrinə tez və rahat çatdırılmasına əlverişli imkan yaradır.
Atmosfer çirklənmələrinin qarşısının alınması və ətraf mühitə
zərərli təsirin azaldılması məqsədilə gəmidə müasir tələblərə cavab
verən enerjiverici qurğulardan istifadə olunur.
X X X
Daha sonra Prezident İlham Əliyev “Lənkəran” yedək-təchizat
gəmisində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, gəmi
“Şah-Dəniz-2” layihəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
və “Kaspian Marin Servisez” şirkətinin alyansı çərçivəsində
istismar olunur. Gəminin uzunluğu 74,5, eni isə 17,2 metrdir.
Texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at
gücündəki bu yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207
tondur. “Lənkəran” yedək-təchizat gəmisinin geniş texniki imkanları
onun Xəzərdə bir çox layihələr, o cümlədən “Şəfəq-Asiman”, “Abşeron
Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb
olunmasına da imkan verir.
Sonra Prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı
altında üzən gəminin kapitanı ilə videobağlantı vasitəsilə söhbət
etdi.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat
və neft donanmaları daxildir. Nəqliyyat donanmasının tərkibində 97
gəmi var. İxtisaslaşdırılmış neft donanması isə 188 gəmidən
ibarətdir. 2003-2014-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
üçün 23 yeni gəmi, o cümlədən 11 tanker, 6 bərə, 2 quru yük gəmisi,
4 yedək və yedək-təchizat gəmisi alınıb. Həmçinin bu ilin aprelində
Bakı gəmiqayırma zavodu ilə bağlanan müqaviləyə əsasən 3 sərnişin
gəmisinin tikintisinə başlanılıb. Hər biri 80 nəfər sərnişin
tutumuna malik olacaq bu gəmilər dəniz neftçilərinin daha
təhlükəsiz və rahat şəraitdə iş yerlərinə çatdırılmasında mühüm rol
oynayacaq.
Sonda Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ