• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

BDU-nun 95 illiyi qeyd edilib - FOTOLAR

BDU-nun 95 illiyi qeyd edilib - FOTOLAR

Bakı Dövlət Universitetində 17 fakültə, 127 kafedra, müasir texniki avadanlıqla təmin olunan 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Əvvəlki illərdən fərqli olaraq hazırda ali məktəbdə təhsil 3 dildə - Azərbaycan, rus və ingilis dilində aparılır. Publika.az-ın məlumatına görə, bu sözləri universitetin rektoru Abel Məhərrəmov BDU-nun 95 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tələbələrin təlim-tərbiyəsi ilə 4 minə yaxın əməkdaş, 2 minə yaxın professor-müəllim heyəti və elmi işçi məşğul olur ki, onlardan 21 nəfəri akademiyanın həqiqi və müxbir üzvü, 11 nəfəri millət vəkili, 300 nəfərə qədəri elmlər doktor, professor, 1000 nəfərə qədəri isə fəlsəfə doktoru və dosentdir.

“Universitetdə xarici ölkələrdən minə yaxın tələbə təhsil alır. Bu ildən BDU-da Təhsil Nazirliyinin təşəbbüsü ilə 12 ixtisası əhatə edən SABAH qrupları fəaliyyət göstərir. Son 5 ildə prezident tərəfindən BDU-nun 4 min tələbəsinin təhsil aldığı yeni tədris binası, 800 əməkdaş üçün 3 yeni yaşayış binası, tədris, təcrübə, istirahət mərkəzi tikilib, istifadəyə verilib”.

Tədbirdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov, AMEA prezidenti Akif Əlizadə və digər yerli, xarici qonaqlar çıxış edib, universitetin 95 ildə əldə etdiyi uğurlardan danışıb.

Qeyd edək ki, universitet 1 sentyabr 1919-cu ildə təsis edilib. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili Razumovski olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR