Şaxta baba olmaq üçün müraciət edənlərin sayı azalıb
Bizi izləyin

Qırmızı.az

Şaxta baba olmaq üçün müraciət edənlərin sayı azalıb

Bu il Şaxta baba olmaq üçün 8 nəfər müraciət edib. Dekabrın 20-dən sonra onlara fəaliyyət göstərmək üçün icazə veriləcək.

Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Publika.az-a bildirib ki, Şaxta baba olmaq üçün iki il əvvəl 50 nəfərə icazə verilmişdi.

"İldən-ilə bu rəqəm azalır. Bəzən parklarda İcra Hakimiyyətinin xəbəri olmadan Şaxta babalar fəaliyyət göstərir. Onlara görə İcra Hakimiyəti məsuliyyət daşımır. Bütün Şaxta baba və Qar qızların qeydiyyatdan keçməsini istəyirik. Bu zaman həm də dövlət büdcəsinə ödəniş edilir. Artıq yerli icra hakimiyyətləri tərəfindən yolkaların quraşdırıldığı yerlər müəyyən edilib. Həmin yerlər yanvarın 13-nə qədər fəaliyyət göstərəcək. Ötən il də olduğu kimi bu il də lisenziya üçün 60 manat ödənilir. Şaxta baba, Qar qız və fotoqraf bir qrup hesab edilir. Onlar ümumilikdə 180 manat ödəyir”.

Ə.Bağırov həmin şəxslərin gün ərzində azyaşlı uşaqlarla ünsiyyətdə olmasını nəzərə alaraq, onlardan tibbi sağlamlıq barədə arayış tələb edildiyini dedi:

“Bəzi saytlarda Şaxta baba və Qar qızların boyu, dil bilgisi ilə bağlı tələblərin olduğunu yazırlar. Lakin bu, doğru deyil. Müraciət edən şəxsdən şəxsiyyət vəsiqəsi tələb edilir. Müraciət edənlər əsasən hər il icazə alanlar olur. Həmin şəxslərin xəstəlikləri bərədə məlumatımız var, lakin yenə də sağlamlıq haqqında arayış tələb edirik. Bu arayışı almaq çətin deyil. Hər kəs qeydiyyatda olduğu rayonda poliklinikaya müraciət edə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm