7 nəfər 62 yaşlı qadına təcavüz etdi
Bizi izləyin

Qırmızı.az

7 nəfər 62 yaşlı qadına təcavüz etdi

Bu ilin may ayının 4-də baş vermiş cinayət hadisəsinin üstü açılıb, olayla bağlı təfərrüatlar bəlli olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Balıkəsir şəhərinin Gömeç mahalında baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları geniş araşdırma aparıblar. Qeyd edək ki, bu günədək cinayət hadisəsinin kim tərəfindən və hansı motiv əsasında törədilməsi bəlli deyildi.

Bildirilir ki, bu ilin may ayında Hacıoğlu məhəlləsində yaşayan 62 yaşlı Əminə Söylərin cəsədi meşədə tapılıb. İlkin versiyada bədənində müxtəlif dərəcəli zərbə izləri olan qadının bölgədə olan donuzların hücumuna məruz qaldığı iddia olunurdu. Lakin polis əməkdaşları bu versiyanı inandırıcı qəbul etmədiyindən olayla bağlı genişmiqyaslı araşdırmalara başlayıb. Məlum olub ki, qətlə yetirilmiş qadının barmağındakı qızıl üzüklər, qolbağları və digər zinyət əşyaları oğurlanıb. Əminə Söylərin mobil telefonu isə Ayvalıqdakı dükanlardan birinə satılıb. Həmin ərazidəki təhlükəsizlik kameralarını bir-bir incələyən polislər mobil telefonun A.S. tərəfindən dükana satıldığını müəyyənləşdiriblər.

Beliliklə, A.S. tərəfindən satılan mobil telefona gələn və həmin telefondan gedən zəngləri araşdıran hüquq-mühafizə orqanlarının əməkdaşları prokurorluğun sanksiyası ilə A.S.-i və onun 6 nəfər dostunu izləməyə başlayıblar. Əminə Söylərin cəsədi isə yarılmaq üçün İstanbul Məhkəmə Tibbi Ekspertiza İdarəsinə göndərilib. Ekspertizanın verdiyi rəyə görə, 62 yaşlı qadının cəsədində bir neçə kişiyə məxsus olan DNT izlərinə rast gəlinib. Bundan sonra A.S. və onun 6 dostu şübhəli şəxs qismində saxlanılıb. Onlardan alınan DNT mərhumun cəsədində tapılan DNT ilə uyğunluq təşkil edib. Məlum olub ki, 7 nəfər şəxs 62 yaşlı qadını zorladıqdan sonra onu qətlə yetirib və üzərindəki qızıl-zinyət əşyalarını oğurlayıblar.

Məhkəmənin qərarı ilə A.S. və dostları barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.

Vazeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm