“Bu, təxribatdan başqa bir şey deyil“ - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Bu, təxribatdan başqa bir şey deyil“ - AÇIQLAMA

"Bu gün hava şəraitinin pisləşməsinə baxmayaraq, Bayıl qəsəbəsi, 20-ci sahədə, sürücülük məktəbinin qarşısına təyin olunan aksiya təxirə salınmayacaq".


Bu barədə Publika.Az-a açıqlamasında Gənclərin Hüquqlarını Müdafiə Komistəsinin (GHMK) üzvü, VHP funksioneri Samir Əsədli bildirib.

Onun sözlərinə görə, gənclərin mitinq planında heç bir dəyişiklik yoxdur: “Boran da olsa, çovğun da olsa, biz aksiyanı keçirməkdə israrlıyıq. Düşünürəm ki, bizim təşəbbüsümüzə dəstək verən gənclər də öz fikirlərində qalırlar. Gənclərin dəstəyi və marağı durmadan artır. Bizim gözlədiyimizdən də artıq insanın aksiyaya gələcəyini hesab edirəm”.

S.Əsədli həmin əraziyə gedən yolların bağlanması barədə yayılmış məlumatı da şərh edib: “Bu, təxribatdan başqa bir şey deyil. Mən həmin ərazidə oldum, hər şey qaydasındadır. Gənclərin bura gəlməsində ciddi bir problemin olacağını güman etmirəm”.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm